Modern.az

“Oğlumu təlimə yola saldığımı sanırdım...”– Şəhid anasının acı XATİRƏSİ

“Oğlumu təlimə yola saldığımı sanırdım...”– Şəhid anasının acı XATİRƏSİ

Qarabağ

Bu gün, 15:39

“Həmid uşaqlıqdan hərbçi olmaq, xüsusi təyinatlı qüvvələrdə xidmət etmək istəyirdi və arzusuna çatmışdı. Vətən qeyrəti onun üçün hər şeydən üstün idi. Arzuları çox idi, amma torpağına olan sevgisi bütün arzularını üstələdi. Onun sevgisi Vətən oldu, torpaq oldu, bayraq oldu".

Şəhid Həmid Abbasbəylinin anası Gülnarə Məmmədova bunu Modern.az-a oğlu ilə bağlı xatirələrini bölüşərkən deyib:

"Oğlumu sonuncu dəfə görəndə onun müharibəyə yollandığını bilmirdim, təlimə getdiyini düşünürdüm. Sonuncu dəfə məni bağrına bərk basdı, qoxumu dərindən içinə çəkdi və dedi: ‘Hamı səni çox sevəcək’.

O gün çox sevincli görünürdü. Sanki çoxdan gözlədiyi bir arzunun ardınca gedirdi. Ayrılarkən isə ‘Sənin oğlun qəhrəman kimi qayıdacaq’ söylədi. Həmin vaxt bu sözləri müharibəyə yollanan oğlunun vədi kimi anlamışdım.

Şəhidin anası onun üçün nə qədər ağır və çətin olsa da, bu ağrını, bu acını fəxrlə, qürurla çəkdiyini bildirib:

"Mən fəxr edirəm ki, oğlum Vətənə layiqli, xeyirli övlad oldu. Həmid mənə şərəfli yaşamağı, başımı dik tutmağı öyrətdi. Acımız qürurumuzdur, qürurumuz acımızdır. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Abbasbəyli Həmidin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?