Türkiyədə ard-arda 3 zəlzələ olub.
Modern.az xəbər verir ki, yeraltı təkanlar Adananın Saimbəyli qəsəbəsində 17 dəqiqə intervalla, 4.8 və 4.9 bal gücündə baş verib.
Bundan sonra isə Osmaniyyə bölgəsinin Sumbas qəsəbəsində isə 5.2 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Məlumata görə, Sumbasdakı təkanların dərinliyi 7 km olub.
Zəlzələlər nəticəsində dağıntıların olmadığı bildirilir.