Modern.az

Biləsuvarda qəza olub, xəsarət alan var

Biləsuvarda qəza olub, xəsarət alan var

Hadisə

Bu gün, 20:28

Biləsuvarda yol qəzası olub, xəsarət alan var.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Arazbari kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər