Modern.az

Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

Parlament

Bu gün, 12:05

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı əl sıxma tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdəki jest diplomatik etikaya uyğun olmayan davranış kimi qiymətləndirilir. Diplomatik protokol üzrə mənbələrdə əl sıxmanın dövlət nümayəndələri arasında adi salamlaşma deyil, qarşılıqlı hörmət və münasibətin simvolik ifadəsi olduğu qeyd edilir. Eyni zamanda iranlı rəsminin görüş zamanı qarşı tərəfə baxışı da diqqətdən yayınmayıb. Sözügedən görüntü sosial şəbəkələrdə müzakirələrə, eləcə də siyasi şərhçilər arasında müzakirələrə səbəb olub. Bəzi şəxslər bu davranışı diplomatik münasibətlər baxımından soyuq jest kimi qiymətləndiriblər. 

Məsələ ilə bağlı Modern.az-a danışan bədən dili mütəxəssisi Nuranə Abıyeva bildirib ki, bu cür salamlaşma tərəflər arasında tam rahat və inamlı ünsiyyətin göstəricisi kimi qiymətləndirilmir.

“Əslində daha inamlı, möhkəm ünsiyyətdə hər iki tərəfin əlləri bir-birinə tam bağlanmış olur. Möhsün Rezai Şahin Mustafayevin sadəcə barmaqlarının ucundan tutur. Bu da onun həm əsəbi, həm də məyus olduğunu göstərir. O, sanki reaksiya gözləyirmiş kimi, həm əsəbi, həm də duyğusal şəkildə Şahin Mustafayevin gözünə baxır”, - deyə ekspert bildirib.

N.Abıyevanın sözlərinə görə, qarşı tərəf əl uzatdığı halda yalnız barmaqlardan tutulması narahatlıq və ünsiyyətdə müəyyən məsafənin olduğunu göstərir.

Ekspert hesab edir ki, görüntüdə əsəb və narahatlıqla yanaşı, Şahin Mustafayevlə daha fərdi ünsiyyət qurmaq istəyi təsiri də yaranır:

“Əsəb və narahatlıq, təkbətək söhbət üçün sanki onunla şəxsi ünsiyyətə girmək istəyir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər