12Noyabr | Ana Səhifə - Yazılar - Mir Şahin, 53 yaşın mübarək!
Mir Şahin, 53 yaşın mübarək!

Mahir Qabiloğlu

Hər bir insanın həyatında bir məkan var. Deyəcəksiniz ki, ay Mahir, bunu deməklə Amerikanı kəşf etdinmi? Hamı yaxşı bilir ki, hər bir insanın yaşamaq üçün bir məskəni, evi var. Kimidə saraydır, kimidə villa, ev, mənzil, kimidə də kirayə mənzil, daxma, alaçıq, çadır. Yox. O mənada demədim. Söhbət sənətdən, peşədən  gedir. Səhnəsini əlindən alsaq, həmin adama aktyor demək mümkündürmü? Yaxud da ki, sağalmaz zədə, yara alıb manejdən uzaqlaşan  təlimçi, məzhəkəçi, akrobatı sirk ustası adlandırmaq olarmı?  Səsi batana axı necə xanəndə, opera solisti demək olar.  Elə o an,  dənizdən kənara atılan balığa bənzər belə adamların qarşısına bir “keçmiş”, “eks” idafəsi əlavə edirik. Onlar isə bir müddət depressiyaya düşürlər, sonra keçmiş şöhrətlərinin yelində uçurlar, sonda isə sadəcə ac qalmamaq üçün yeni peşələrə yiyələnirlər. Ən dəhşətlisi isə unudulurlar.

Amma elə sənət, peşə sahibləri var ki, onlar üçün məkan məhdudiyyəti yoxdur. Müəllim, həkim, jurnalist, yazıçı, şair... Müəllimi məktəbdən çıxararsan, evini məktəb otağına çevirər. Həkimi xəstəxanadan uzaqlaşdırarsan,  evinin qapısında növbə  durar... Əlbəttə ki, söhbət əsl sənət sahiblərindən gedir ki, onlar üçün məkan çox da əhəmiyyət kəsb etmir.

Yazıçı, jurnalist, şairlər də elə. Bir şey ki, beyindən süzülə, ürəkdən gələ, həmin adam üçün məkan heç də böyük əhəmiyyət kəsb etmir.  Nümunə kimi lap özümü, dostlarımı götürüm. AzTV-dən uzaqlaşmışıq, qəzetdə iş tapmışıq. Qəzetdən çıxmışıq, evdə yazıb saytlara göndərmişik. Yaxud da mətbuat katibi kimi fəaliyyət göstərmişik. Ona görə də indiyədək  keçmiş şair, yazıçı, jurnalist, həkim, müəllim və sairə ifadələrə rast gəlməmişəm. Onlar sanki balıqdırlar. Çayda da yaşaya bilərlər, göldə, dənizdə, okeanda, hətta akvariumda da. Hər su hövzəsinin öz yemi, öz qisməti var. Amma balıqlıqdan heç vaxt çıxmırlar.


Mir Şahinin 53 yaşı tamam olur. Yazı yazıb təbrik etmək üçün yuvarlaq, yəni ki, yubiley yaşı deyil. Amma bir məqam məni bu yazını yazmağa vadar etdi. Daha doğrusu, bunu özümə borc bildim. Yox elə bilməyin ki, beş dəfə “Beş barmaq”, bir dəfə “Deməsək olmaz” verilişlərinə çıxdığıma görə bir məqalə-təbrik yazmaqla Mir Şahinin xəcalətindən çıxmaq istəyirəm. Xeyr. Bu verilişlərə məni köhnə dostlarım və həmkarlarım  Eldəniz Elgün, Zakirə Zakirqızı və İradə İsak dəvət etmişdilər. Yadımdan heç vaxt çıxarmaram. Amma “Beş barmaq”ın yeni rəhbərinin mənə efir “zapreti” qoyması və bunu bilə-bilə, Mir Şahinin heç bir tədbir görməməsini də unutmaram. Düzdür, İradə İsakın verilişindən əvvəl Mir Şahin məni qəbul edib “Mahir, burda sənə kim “zapret” qoya bilər ki..” desə də, bir nəticəsini görmədim. ANS-in qapıları mənimçin, sonra isə hamı üçün, elə özləriyçün də qapandı.  Bu xəbərə təəssüfləndim. Ən azı, neçə-neçə gözəl həmkarımın, istedadlı jurnalistin, aparıcının, rejissorun, operatorun, texniki işçinin, sürücünün, mühafizəçinin işsiz qalmasına görə. ANS rəhbərliyinin siyasi savadsızlığına acıdım.

HAŞİYƏ: “Bəyin oğurlanması” filmində belə bir səhnə var:

–       O əjdaha xaricdə yenə peyda olub. Qəzetlər də yazır, deyir gözü ilə görənlər də var. Eşitməmisən, göldə yaşayır. Çox qəribədir, doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur!

–       Sənə əjdaha lazımdır?

–       Yox.

–       Elə mənə də. (SON)

ANS  Amerikada yaşayan  “əjdaha”nın qurbanı oldu. Siyasi savadsızlıq bununla bitmədi. Məhkəməyə müraciət olunanda isə mənim matım-mutum qurudu.

HAŞİYƏ: 1995-ci il parlament seçkilərində atam Qabil özünün namizədliyini irəli sürdü. Bu sırada 33 yaşlı Mir Şahin də vardı. İmza bülletenlərini hazırladım. Seçki dairəsinə təhvil verdik. Müəyyən bir vaxtdan sonra evə zəng gəldi. Atamı dairəyə çağırdılar. Dairə sədrinin otağına ikimiz girdik. Və… “Qabil müəllim, imzaların çoxu ekspertlər tərəfindən etibarsız sayılıb. Ona görə də namizədliyiniz qeydə alınmır”. Atam mənə baxdı. Başımla işarə etdim ki, “yalan deyir. Özüm bir-bir yığmışam”. Heç nə danışmadı. Bir-iki dəqiqə susdu. Sükutu dairə sədri pozdu:

– Qabil müəllim, bizim qərarımızdan narazısınızsa,  məhkəməyə müraciət edə bilərsiniz.

Bu sözlər atamı özündən çıxartdı. Ayağa durub, hirslə:

– Alə, indi deyirsən ki, mən Heydər Əliyevi məhkəməyə verim? (SON)

 

O günəcən ANS-i bir neçə dəfə bağlamışdılar. Amma hər dəfə siyasi uzaqgörənlik göstərilib məhkəməyə müraciət edilməmişdi. Əşşi, nəyimə lazım. Bu işlər mənlik deyil, beşdə alacağım yox, onda verəcəyim. Yazıçı, publisist, tərcüməçi,  evdar kişiyəm – yeri gələndə də az-az uydururam. Yeri gəlmişkən, bütün həmkarlarımı, o cümlədən (ANS-in MTRŞ tərəfindən iki dəfə cərimələndiyi günlərdə orda çalışan) Xoşqədəm Hidayətqızını fəxri adlar alması münasibətilə təbrik edirəm.

İndi deyəcəksiniz ki, ay Mahir, ürəyimizi çəkmə. Sənə yaxşılığı keçməyib, pisliyi keçməyib, münasibətiniz də ki, normal. Açıqla görək, niyə axı, Mir Şahinin 53 yaşını təbrik etməyi özünə borc bildin.

HAŞİYƏ: İki ilin sözü olar. “Vurulmuş”, türməyə düşüb-çıxmış bir tanınmış haqda məqalə yazdım. Üzdə olan vaxt gördüyü yaxşı işləri xatırlatdım. Bildiyim  neqativ halların üstündən sığallayaraq, ötəri keçdim. Gözləyirdim ki, zəng edəcək, minnətdarlığını bildirəcək. Amma zəng etmədi. Bir gündən sonra Modern.az saytının rəhbərliyindən xahiş etdim ki, yazını çıxartsınlar və kökündən silsinlər. Elə silməklərini gördüm... telefon zəng çaldı. Başqa bir tanınmış idi. Sözünün canı da bu idi ki, bəs yazımın qəhrəmanı o sözlərə layiq deyil. Nankor adamdır. Bu yazı da demə mənim qələmimə layiq bir yazı deyilmiş. Və yazını saytdan çıxarmağımı məsləhət bildi.  Xəbəri yox idi ki, artıq çıxarmışam. Amma onun sözünə görə yox. Fikirləşdim ki, əcəba, bu boyda adama nə gəlib ki, hansısa “vurulmuş” haqqında mənə xüsusi zəng edib?! Sonra başa düşdüm ki, mənim bu məqaləm həmin adamı depressiyadan çıxara, ruhlandıra, normal həyata qaytara bilər. Bundan ehtiyatlanırmış. (SON)

İctimai dəstək, ruhlandırmaq, özünəinamı qaytarmaq və bu qəbildən müxtəlif sözlər və ifadələr var. ANS bir okean idi. Onu yaradanlardan biri kimi Mir Şahin də bu okeanın Poseydonu. Okeanın suyu qurudu. Mənim kimi o da akvariuma düşüb. Amma heç kim onu, yuxarıda bənzətmə kimi qeyd etdiyim “balıqlıq”dan çıxartmayıb. Qələmi cibində, ağlı başında. Kəşf olunmayan çaylar, göllər, dənizlər, adalar da ki, nə qədər istəyirsən.

Mir Şahin, ad günün – 53-ün mübarək!

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47 İsmayıllıda piyada vuruldu 18 Yanvar 2020, 09:41 Türkiyədə reytinq rekordları qıran “Yemin” serialının azərbaycanlı ulduzu - FOTOLAR 18 Yanvar 2020, 09:31 Cəbhədə düşmən TƏXRİBATI 18 Yanvar 2020, 09:19 Ən çox və ən az namizədlə seçkilərə qatılan PARTİYALAR 18 Yanvar 2020, 09:08 Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29
SORĞU Yeni parlamentdə kimlər olsun?