17 Noyabr 2016, 13:47 | Ana Səhifə - Yazılar - Film siyasi mesaj tribunası kimi...
Film siyasi mesaj tribunası kimi...

Vəfa Allahverdiyeva

 

Əski ictimai-siyasi formasiyadan miras qalan elə şeylər var ki, onu beynimizdən, zövqümüzdən, həyatımızdan  silib-atmırıq: konkret kino-filmləri.

Orda ideologiya saxtadır. Quruluş haqsız qan, istismar  üzərindən bərqərar olub.

Yaxud, milli qəhrəmanları xarakterizə edən ifadələr, səhnələr...

Yeni təfəkkür sahiblərinə görə bizim o cür qəhrəmanlarımız da olmayıb.

Lakin sovet  riyakarlığı ilə (fərqi yoxdur, o da öz ideologiyasını ideal sayırdı-müəl.)  elə  sənət əsərləri meydana gəlib, elə aktyor nəsli ortaya çıxıb ki, çağdaş mədəni qısırlıqda içi yanlış dolu o tarixi filmlər bizim yeganə təsəllimiz, bu günün prizmasında yalnız çəkiliş keyfiyyətinə,  aktyor şəxsiyyətinə, məharətinə  görə bəyəndiyimiz kino məhsulu kimi qalır.

İndi mifalogiyanın, fantaziyanın, saxta patriotizmin izindən kənara çıxmaq daha rahatkən, üzərinə gedilməli vacib, zamanın qatlarında qeyb olub, sonra tapılmış gerçək tarixi mövzular varkən, bəsit məişət mövzuları dövlətin pulunu əjdaha kimi udur, ortaya isə öz professionallığı ilə təfəkkürdə daim qalıcı, uğurlu aktyor nəsli yetişdirən heç bir ssenari və yüksək sənətkarlıq məhsulu çıxmır...      

...Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin türk kino sənayesinin inkişafı haqqındakı yekə fikirləri, zaman-zaman bu filmləri izləyib profesionallıq nöqteyi-nəzərdən təhlil etdikcə, öz gerçəkliyini ciddi şəkildə təsdiqləyir.

O deyirdi ki, türk kinosundakı dinamika, mövzu rəngarəngliyi, keyfiyyətli çəkiliş, yəni, texnoloji nailiyyət  Amerika kino adamlarını əməlli narahat etməyə başlayıb. Çünki bu sarıdan Türkiyə onları uduzmağa məhkum qoyur və dünya türk filmlərinin tamaşaçısına çevrilməklə, Amerikanın bu sahədəki bazarını öldürür.

Burada 90-cı illərdən sonrakı kino inkişafının Amerikada buraxdığı təsirləri hamının görə bilməsi mümkünsüz, amma  Avroasiyanın, ərəb coğragiyasının,  Uzaq Şərqin türk filmlərinə düşkünlüyü, Türkiyənin filmlər üzərindən anlatdığı bəşəri və milli məsələlərin, aktual ailə-məişət mövzularının, tarixi problemlərin  nəhəng sərhədləri adlayıb böyük  məkanları necə öz təsiri altına aldığını hər kəs eşidib-bilir.

Yunanıstanda dövlət səviyyəsində buna görə başlanan açıq narahatçılıq heç də köhnə məsələ deyildir.  

Bu, türk kino sənayesinin uğurlarına, parlaqlığına  dair faktoloji isbatdır.

Lakin türk kinosunda son illərdə xüsusi qabaran, avropalıları, türk millətinin bədxahlarını məyus edən  bir məqam millətin öz tarixini, keçmişini, çağdaş və əski düşmənlərini,  bugünkü strateji siyasətini səhnə dili ilə dünyaya açması, ona bu müstəvidən ciddi mesajlar verməsindən ibarətdir.

Hazırda orta çağ dövründən tutmuş hərbi savaşlarla dolu 19-cu əsr və son siyasi təbəddülatları sinxron anladan ayrı-ayrı filmlərlə dövlət ekspansiv hisslərlə alışıb-yanan dünyanın qarşısına çıxır.

Tarixi filmlər Türkiyənin adından dünya ilə savaşır, meydan oxuyur, terror təşkilatları ilə ətrafını sarmış qüvvələrə  həddini bildirir.

İdeya müəllifi prezident Ərdoğan, bu filmlərə nəzarət edən də prezident Ərdoğan.

Burada dövlət anlayşı ilə prezident anlayışını bir qədər fərqləndirmək lazımdır, çünki dövlət vəsaitləri ilə çəkilən bütün filmlər ölkənin birinci şəxsinin əlahiddə marağı dairəsində və nəzərləri altında həyat qazanmır. Həm də hər dövlət sifarişli film prezidentin mötəbər tribunalardan anlatdığı dövlət  siyasəti ilə  paralel çıxış edə bilmir.

Hazırda  yayımda olan və bu həftə ilin ən yaxşı filmi kimi “Altun Kələbək” ödülü alan “Diriliş Ərtuğrul” dizisi çəkiliş meydançacına prezidenti gətirə bilən və siyasi elitanın diqqətlə izlədiyi bir filmdir ki, keçmişin parlaq, şərəfli tablosunda dövlətin hazırkı daxili və xarici siyasətinin hədəflərini  elan edir.

Daxili siyasət aspektində:  millət özünün etnos kimliyini dərk etməli, öz keçmişindən ruhlanıb gələcəyinə doğru yürüməlidir.

Xarici siyasət aspektində: kənar qüvvələr  Türkiyəni hədəfə alarkən onun əskilərdəki mübarizə ruhunu, Bizans torpaqlarına bir ovuc oba kimi yerləşib, buraya necə sahibləndiyi və türk imperatorluğunun böyük miqyası əhatə etməsi tarixi prosesini hafizəsində təkrar canlandıra bilsin.       

Bu film geo-siyasi savaşların, Türkiyə üzərindən imperial maraqlar güdən, parçalama niyyətlərini dövriyyəyə buraxan beynəlxalq ideoloji siyasi mətbəxlərin planlarına qarşı qoyulan  milli dosyenin vacib tərkib hissəsidir və yabançı şeytani gözlərə sarsıdıcı cavabdır. 

Dövlət yeni dünya savaşında özünü qorumaq, özünü təqdim etmək baxımından açıq deyə bilmədiyini filmlərdəki sujet xətti, oyunçuların xarakteri və dili ilə çatdırır. Daha doğrusu, son zamanlar dünyaya meydan oxumaq  cəsarətinin davamı milli kimliyi daha cazib, daha coşğulu hiss etdirmək üslubunu özündə daşıyan dizilərlə sürət götürür.

Türkün gəldiyi, yayıldığı  torpaqlar, onların xarakteri, ilkin və sonrakı  məişəti, ailə dəyərləri, rituallara sarılmasını, dövlətçilik ənənəsini  məruzələr, çıxışlar, şifahi anlatmalarda tələffüz edən dodaqlar türk toplumunun əzəmətini anlada bilmir.

Biz Osmanlı və Anadolu türkünün tərifini Azərbaycanda  Əbülfəz Elçibəydən dinləmişik. Lakin görürük ki, türkü hiss etmək, sözün əsl mənasında tanımaq  üçün filmlərdən yaxşı həyəcanverici, qürur yaradan piar modeli,  vasitə yoxmuş.

Bu, həmin filmdir ki,  türkdilli ölkələrin  dövlət başçılarının qarşılanma törənini  Ərdoğan həmin filmin şövqlü, mübariz ruhlu musiqisi altında həyata keçirdir və prezident İlham Əliyev də məhz bu dizi üçün xüsusi seçilmiş musiqinin sədaları altında Bəyaz Köşkdə dəfələrlə qarşılanıb.

Məsələ musiqiyə olan heyrət deyil, filmin sujet xəttindəki kredo nədirsə, türkdilli  dövlətlərin başçılarının qarşılanmasındakı cazib məqamda da kredo odur-biz türk millətinin soyunu və boyunu təşkil edən nəhəng bir gücük!..    

...Türk mədəniyyət və incəsənətinə uğurlu aktyor, rejissor nəslini də, məhz belə filmlər verəcək.

Vaxtilə Rasim Balayev, Həsən Turabov, Həsən Məmmədov, Hamlet Xanızadəni də Azərbaycan kino sahəsində parlaq ulduza çevirən belə filmlər idi. Baxmayaraq ki, orda ideologiya saxta idi və “xalqlar həbsxanası” yaratmışdı.

Dövlət bu ideologiyanı elə bəsləmiş, elə bəzəmişdi ki, altındakı çirkabı heç kəs görmürdü və harda var idisə, oranı güclü göstərə bilirdi.  

Azərbaycanda indi nə yaxşı rejissor, nə də aktyor nəsli var. Bəsit ssenari ilə bu yaradıcı tandemi  kəşf etmək qeyri-mümkündür. Dürüst  tariximizi əks etdirən gözəl  ssenarilərlə isə kino sənayesini də tənəzzüldən xilas etmək olar, aktyor və rejissor nəslində varisliyi qorumaq da; çünki tarix ehtişam, tarix qürur və şərəf deməkdir.    

Axı biz də Allaha məxsus cahan torpaqlarının qazanılması mübarizəsində sözünü demiş Türk  millətinin bir parçasıyıq! Dünyaya çox cazib piar vasitəsi olan filmlərin kəskin siyasət dili ilə anladacağımız çox seylər var: 19 əsrdən də, 20-ci əsrdən də, çağdaş eradan da. Təki ortada iddialı istək və prinsipial qərar olsun...  

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 23 İyul 2021, 18:16 XİN sərhəddəki təxribatla bağlı məlumat YAYDI 23 İyul 2021, 18:10 İşdən çıxarılan "Zəfər" ordenli general... - DOSYE 23 İyul 2021, 18:06 Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisinə başlanıldı 23 İyul 2021, 18:03 İncəsənət Gimnaziyasının müəllimi vəfat etdi 23 İyul 2021, 18:00