Modern.az

Malidə daşqınlarda 13 nəfər öldü

Malidə daşqınlarda 13 nəfər öldü

Dünya

25 Sentyabr 2026, 23:00

Malidə daşqınlar nəticəsində ən azı 13 nəfər ölüb, 23 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Malidə Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhran Koordinasiya və İdarəetmə Mərkəzinə istinadən "Malijet" portalı məlumat yayıb.

Ümumilikdə, Malinin yeddi bölgəsində 470-dən çox yaşayış binasını dağıdan və 12 mindən çox insana təsir edən daşqınlar qeydə alınıb. Hakimiyyət orqanları evsiz və ərzaqsız qalanlara humanitar yardım göstərmək üçün tədbirlər görür.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi