Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki Bokinda bildirib.
Onun sözlərinə görə, təyyarə ölkənin cənub-qərbində yerləşən Kikvit şəhərindən paytaxt Kinşasaya uçarkən texniki nasazlıq yaranıb. Ekipaj Kenge şəhərində eniş etməyə cəhd göstərib, lakin orada eniş zolağının olmaması səbəbindən təyyarə yaşayış ərazisində qəzaya uğrayıb.
"Kengədə eniş zolağı olmadığı üçün təyyarə yaşayış sahəsinə çırpılıb", - Bokinda bildirib.
O qeyd edib ki, göyərtədə olanlar arasında general Likuliya Bakumi, ordunun baş auditoru, həmçinin mayor, kapitan, digər hərbi qulluqçular və mülki şəxslər olub.
Qəzanın başvermə şəraiti araşdırılır.