Modern.az

Kürdəmirdə 10 hektardan çox ərazi yandı

Kürdəmirdə 10 hektardan çox ərazi yandı

Hadisə

Bu gün, 21:20

Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının sahəsi genişlənib.

Məlumata görə, yanğın zamanı təqribən 10 hektardan böyük ərazidə quru otlaq sahəsi və ağaclar yanıb.

Hazırda əraziyə FHN-in Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı