18 Noyabr 2016, 13:44 | Ana Səhifə - Yazılar - Borc tapa bildim
Borc tapa bildim

Hidayət ELVÜSAL

 

On-on beş min pul lazım idi ki, bir sot torpaq alıb ev tikim, külfəti yığım içinə. Bilirsiniz də, bu şəhərdə pulun olmadı, küçələrdə qalacaqsan, ya da allah üzünə baxsa «kvartirant» rütbəsi alıb sürünəcəksən. Nə isə, bələdiyyədəki o gədəyə vermək üçün on, on beş min manat…

Qohum deyib üz tutduğum adamlar elə and içdilər ki, ağzımı açmağa peşman oldum. Dayım oğlu dedi:

- Sən öl, olan-qalanımı müdirə verdim.  Təzə vəzifəyə  iyirmi min istəmişdi.

Əmioğlu sızıldadı:

- Balaca gədəni məktəbə qəbul elətdirdim. Dədəmin goru haqqı verdiyimin yarısını borc eləmişəm.

Qaynanam başını buladı:

- Evin tikilsin, məndə pul hardandı? Bu fərsiz oğlu fərsiz yenə küçədə dava salmışdı. Müstəntiqə o qədər xahiş, minnətdən sonra onca min pul verdim.

Bu da qohumlar. Pulu paçka-paçka xərcləyirdilər, amma məni görəndə zülüm-zülüm ağlayırlar. Elə dünən yadıma bir köhnə dostum düşdü. Özümü çatdırdım ona. Sağ olsun, yaxşı-yaxşı qulaq asıb, boynunun ardını qaşıdı:

- O adam kimdi?

Dedim ki, filankəsdi. Yenə boynunun ardını qaşıdı və handan-hana dilləndi:

- Nə qədər istəyir?

- On beş min.

- Hm… satmağa bir şey var?

- Yox!

- Niyə?

- Cəmi iki-üç ildi ki…

- Hə, hə, bildim. Elə o vaxt da gəlmişdin. Mənim də əlim aşağı idi. Yenə gəlmisən, - deyə indi də qulağını qaşıdı, – Deyirsən on beş min istəyirlər?

- Hə!

- Yaxşı istəyirlər. Yeznəmnən otuz min aldılar. Amma yaxşı yerdi. Suyu, qazı, havası əla.

- Sağlığına qismət olsun.

- Çox sağ ol, çox sağ ol. Yaxşı, qoy görək neynəyirik. Bir təzə şöbə müdiri götürmüşəm, beş min verəcək. Xeyli inventar spisat eləmişik, satıb pulunu gətirəcəklər. Yaxşı, pulu nə vaxt qaytaracaqsan?

- Nə deyim, vallah! Mənim nə vaxt pulum olacaq? Küçənin ortasında dayanacağam, - dedim. – Maşın məni vuracaq. Dörd-beş min sürücüdən alacam. Bir kefliyə sataşıb özümü döydürəcəm. Sonra milisə şikayət edəcəm. Bir az onlar alacaq, barışıb, bir az da özüm alacam. Sonra…

- Danışdıq, - deyə dostum əlini stolun üstünə vurdu, - Tez elə! Amma özünü super maşınlara vurdur. «Jiquli»yə, «Zaparojes»ə pul verən yoxdu. Döyüləndə də o bahalı restoranların qabağında döyül. Pullular orda yeyib-içirlər.

Küçəyə çıxan kimi bələdiyyə sədrinə zəng elədim:

- Gələn həftə pulu gətirəcəm.

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar 21 İyun 2021, 20:33 “Hər dəqiqə ərzində 250 yoluxma, 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?