Modern.az

Azərbaycanda mal əti bahalaşdı

Azərbaycanda mal əti bahalaşdı

İqtisadiyyat

Bu gün, 16:56

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir.

Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir.

Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyini göstərir.

Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı