Modern.az

Səfir iqamətgahında ölü tapıldı

Səfir iqamətgahında ölü tapıldı

Dünya

Bu gün, 18:01

Portuqaliyanın Bolqarıstandakı səfiri Anna Mariya Ribeyra da Silva Sofiyadakı iqamətgahında ölü vəziyyətdə aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın “24 çasa” qəzeti məlumat yayıb.

Məlumata görə, 66 yaşlı diplomatın işə gəlməməsindən narahat olan səfirlik əməkdaşları onun iqamətgahına gediblər. Səfir burada ölü vəziyyətdə tapılıb.

İlkin ehtimala əsasən, diplomatın ölümünə infarkt səbəb olub.

Anna Mariya Ribeyra da Silva 2020-ci ilin dekabrından Portuqaliyanın Bolqarıstandakı səfiri vəzifəsində çalışırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı