Modern.az

İran Hörmüz boğazını açmağa hazırdır - ABŞ-a ŞƏRT

İran Hörmüz boğazını açmağa hazırdır - ABŞ-a ŞƏRT

Dünya

Bu gün, 16:40

İran ABŞ-ın hərbi təzyiqi azaltması və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması halında Hörmüz boğazını 7 gün ərzində açmağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyinə anonim yüksəkvəzifəli iranlı rəsmi bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi təzyiqi azaldarsa, İran Hörmüz boğazını bir həftə ərzində yenidən aça bilər.

Mənbənin sözlərinə görə, Vaşinqton həmçinin İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalıdır.

İranlı rəsmi həmçinin bildirib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası ABŞ-la diplomatik danışıqların bərpası üçün imkan yaradır. Onun sözlərinə görə, İran nümayəndə heyətinin danışıqları yenidən başlatmaq üçün tam səlahiyyəti var.

Reuters qeyd edir ki, Hörmüz boğazı qlobal enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyır. Münaqişədən əvvəl dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu su yolundan keçirdi.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı