13 Yanvar 2017, 14:18 | Ana Səhifə - Yazılar - “İmportnu” ər
“İmportnu” ər

Hidayət Elvüsal


- Qızım, sənə paltar alım.

- Al, papa, qurbanın olum.

- Qızım, sənə tufli alım.

- Davay, papa qurbanın olum.

- Qızım, sənə, bab-bab alım.

- Oxay, papa, qurbanın olum.

- Qızım, səni

Qızım, səni

Qızım, səni

Ərə verim.

- Yox, papa, qurbanın olum

Yox, papa, qurbanın olum.

- Qızım, papanın sözünə baxmırsan? Axı mən kişiyə söz vermişəm.

- Hansı kişiyə?

- Qonşumuz Əli müəllimə. Səni oğluna istəyir. Yaxşı oğlandı, tərbiyəlidi, aspirantdı…

- Aspirant? Papa, bu aspirantların hamısının mədəsi qastrit olur. Papulya, bilirsən, mən… mən importnı ər istəyirəm.

- Necə? İmportnı ər? Qızım, sən nə danışırsan? Bu ər köpəy oğlu supermarketdə-zadda satılır ki, gedib alaq?

- Papulya, mağazadan almaq lazım deyil. İndi bilirsən də gediş-gəliş çoxalıb. İnostrannılar şəhərdə doludu. Podruqalarımdan üç-dördü onlara ərə gedib.

- Necə gediblər, qızım?

- Papulya, yaxınlaşırlar inostrannılara, bir az işvə-naz… sonra… necə deyim e… filan, i vsyo. Olur importnu ərin.

- Bərəkallah!

- Papa, importnı ər moddu də… Görmürsən, modnı qızlar otellərdən, sərgilərdən əl çəkmirlər. Əlləri bir adama çatmayanda şəkillərini verirlər ki, o tərəflərdə bəyənib eləyən olsa… Bir də ki, internet var. Feysbuka elə şəkillərimi qoymuşam ki… Plyajda, küçə-bacada, elə… Hələ Türkiyədəki evlənmək proqramlarına baxmısan, papa? Bizimkilərlə doludu e oralar. Hələ bir Naz var. Neçə ildir köhnə gəmilər kimi lövbər salıb oturub orda. Deyilənə görə, elə o proqramdan təqaüdə çıxacaq.

- Deyirsən ki, göndərmisən?

- Nəyi, papa?

- Şəkillərini!

- Çoxdan, papulya.

- Hə, indi belə çıxır ki, oturub importnu kürəkənimi gözləməliyəm…

- Yox, papulya, üç gündür ki, bizdə yatır. Sən bağda olanda gəlib.

- ...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu:  İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA   4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24 Əhaliyə göstərilən tibbi xidmətlərin STATİSTİKASI 4 Avqust 2021, 16:22 Deputat Olimpiya çempionu oldu 4 Avqust 2021, 16:18 Tanışını öldürmək istəyələrin işi məhkəməyə göndərildi 4 Avqust 2021, 16:06 İranda koronavirusa yoluxma sayı 4 milyonu keçdi   4 Avqust 2021, 15:54 Etibar Mirzəyev türkiyəli nazirlə müzakirələr apardı 4 Avqust 2021, 15:37 Füzulidə daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Avqust 2021, 15:36 Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirilib 4 Avqust 2021, 15:21 Daha 3 qazimiz Türkiyəyə göndərildi 4 Avqust 2021, 15:19 Prezidentdən 7 milyonluq sərəncam 4 Avqust 2021, 15:15