22 Fevral 2017, 14:56 | Ana Səhifə - Yazılar - Bir qanacaqlı oğlan olarsa...
Bir qanacaqlı oğlan olarsa...

Akif Cabbarlı

HƏYAT ETÜDLƏRİ

Cığatay müəllim qədim binanın enli, amma hündür pilləkənlərini güc-bəla çıxıb üçüncü mərtəbədəki salona girəndə ürəyinin guppultusunu özü də aydın eşidirdi.

-         Ə, bu qocalıq nə əclaf şeydir, adamın nəfəsi lap...

Sözünün ardını gətirmədi. Desəydi nə olacaqdı ki... onsuz da salonda ondan savayı heç kim yox idi

Qocaman şair rahat kresloda əyləşdi və heç beş – on dəqiqə keçmədi ki, şirin yuxu onu uzaq keçmişə, cavanlıq illərinə apardı.

...Hər gün cürbəcür tədbirlərə, ziyafətlərə çağırılır, rastlaşdığı insanlar ondan avtoqraf, istirahət gününə görüş istəyirdilər. Qəşəng-qəşəng qızlar yanağından öpdükcə sanki gedib lap cənnətin özünü gəzib dolaşırdı. Kitabları əl-əl gəzirdi, nəşriyyatlar ondan yeni-yeni əsərlər gözləyirdi. Hələ rayonlara təşkil olunan yaradıcılıq ezamiyyətləri, dost təklifləri, raykom katiblərinin, kolxoz sədrlərinin gecə səhərədək, bəzən günlərlə uzanan qonaqlıqları...

Adicə müəllim olsa da şairliyi onu çox məşhur eləmişdi. Parlaq nitqləri, pafoslu çıxışları zəif şeirlərini də mazamata mindirirdi. Sadə yazırdı, ona görə də bəzi misraları yadda qalırdı. Heç kim  də olmasa əlaçı şagirdlər bir-iki kupletini əzbər deyəndə Cığatay müəllimin uçmağa qanadı olmurdu. Beləcə illər keçirdi. Şeir məclisləri, disputlar, kitab təqdimatları, sonra da portfelindəki “yanacağın” üzə çıxması, süfrəyə qoyulması ilə başlayan sinə söhbətləri... İnsafən çox içən deyildi, amma özü dediyi kimi hal əhli idi, məclislərdə elə ab-hava yaradırdı ki, sözlə ifadəsi çətindir. Heç kimi incitməz, xətrinə dəyməzdi. Iradlarını, təkliflərini də elə şirin – şirin çatdırardı ki, qarşısındakılar yağ-bal kimi qəbul edərdilər.

Yaşı səksəni keçəndən sonra da əvvəlki şuxluğunu saxlamışdı. Hamını özü axtarır, hal-əhval tuturdu. Heç kəsdən inciməz, bir balaca narazılıq olsa da üzə vurmazdı. Şair dostlarından, nasir və tənqidçilərdən yeganə xahişi, bəlkə də tələbi bu idi ki, ona tez-tez zəng eləsinlər, keçirdikləri tədbirlərə çağırsınlar. Bu ki, bir xərc, xüsusi əmək, enerji tələb eləmir ki, deyin, xəbər eləyin, gəlim də... Sizi yaraşıqdan salan deyiləm, əksinə barənizdə elə sözlər danışaram ki, heç yatanda yuxunuza da girməz. Belə deyirdi həmişə Cığatay müəllim. Onun fikirləri ilə razılaşan da olurdu, ağsaqqalı bilərəkdən ya qanmazlıqdan yaddan çıxaran da. Amma çarəsini tapmışdı. Qəzetlərdən, saytlardan tədbirlər barədə məlumat alan kimi həmən tərpənərdi hadisə yerinə. Fərqində deyildi ki, kimsə bu addımına nə cür qiymət verəcək.

... - Ay Cığatay müəllim, yatmısan, axı sənə soyuq dəyər, portfelin də sürüşüb düşüb yerə. Qoy götürüm silim tozunu, dur keçək mənim kabinetimdə kresloda dincəl.

-         Yox, Vüqar müəllim, sağ ol, yatmamışdım, sadəcə mürgü aparıb. Sən Allah bağışla, Sakit Çılğının yeni kitabının təqdimatına gəlmişəm. Bəs nə vaxt başlayacaq tədbir.

-         Cığatay müəllim, indi saat onbirdir. Təqdimat isə saat on beşdə olacaq. Bir az tez gəlmisən axı deyəsən...

-         Hə, nə olar. Onda keçək sənin kabinetinə. Portfelimdə yanacağım da var. İndi könül bir qanacaqlı oğlan istəyir ki, zakuskası ilə çıxsın ortalığa...

 

Gülnisə xanımın əlahiddə səlahiyyəti

 

Beytulla müəllim daha dözmədi. Dala-qabağa durub arvadı Gülnisəyə canlı bir şapalaq ilişdirdi. Zərbə elə güclü oldu ki, xanım tirtap uzandı mətbəxin döşəməsinə. Uşaqlar necə qışqırıb-bağırdılarsa ataları vahiməyə düşdü. Oğlu Cavid isə tez zəng edib dayısı “Zek” Əlişi çağırdı, dedi ki, anam yıxılıb, tez özünü yetir bizə.

Beytulla uşaqları künc otağa yığıb dinməz durmalarını tapşırdı, qapını bağladı. On – on beş dəqiqə keçmədi ki, qaynı Əliş həyətdə muskullarını oynadırdı.

-         Ə, Beytulla, hanı mənim bajım. Niyə yıxılıb, nə olub ona.

Birlikdə mətbəxə keçdilər. Gülnisə necə var, eləcə də yerdə qalmışdı. (Burada adamın yadına bəzi futbol şərhçilərinin tez-tez işlətdiyi ifadə düşür – A.C.) Əliş tərs nəzərlərlə yeznəsinə baxdı. O, bununla bacısının niyə evdə, yataq otağında deyil, məhz mətbəxdə uzanılı vəziyyətdə qalmasının səbəbini araşdırmaq istəyirdi.

Beytulla arvadının yerdə uzanma səbəbləri ilə bağlı tələm-tələsik arayış verməli olduğunu gözəl anlayırdı. Çünki vaxt onun əleyhinə işləyirdi. Gülnisə tez ayılsa, ayağa dursa vəziyyət gözlənildiyindən də ağır olacaqdı. Odur ki, dil-boğaza qoymadan bunları çatdırdı Herakla oxşayan qaynlına

-         Əlişcan, nə deyim vallah. Sağ olun, hamınız kömək elədiniz mən kasıba. Şəhərin kənarında belə gözəl, yaraşıqlı ev tikdirdim. Amma bacınız gündə əlli dəfə üzümə vurur ki, mənim bu işdə heç bir əməyim olmayıb, qəpik də xərcləməmişəm. Tez-tez deyir ki, aşağı pilləkəndən tutmuş ikinci mərtəbənin balkonunadək hər qarış onundur. Mənə bir santimetr də yer düşmür. İndi qardaş, bacınız özü bilər də, biz qarışan iş deyil. Bu evin hər küncü-bucağı onundur. Mənim, uşaqlarımın qarışacağı yoxdur, eləmi. İndi mətbəxi xoşlayıb, yıxılıb yatıb, özü üçün dincəlir. Durar keçər yuxarı, orada yatar, sonra düşər, aşağı pilləkənin üstündə dincələr. Daha...

Axırıncı sözün ağzından çıxması ilə Beytullanın qabaqdakı iki dişinin qan qarışıq ovcuna düşməsi bir oldu. Gülnisə isə hələ də yatırdı, uşaqlar da künc otaqda bağırmaqlarında idilər...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan dilinin orfoepiya normaları təsdiq edildi 21 İyun 2021, 18:27 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15 Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...” 21 İyun 2021, 16:07 Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşünün TƏFƏRRÜATI 21 İyun 2021, 15:58
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?