05May | Ana Səhifə - Yazılar - Kəbədə… kəllə atdılar
Kəbədə… kəllə atdılar

Hidayət Elvüsal

 

Deyəndə ki, bunların müsəlmanlığına inanmıram, yəni HƏQİQİ müsəlmanlığına, məni qınayırsız. Gördünüz nə oldu? Kəbədə, müsəlmanların ən mötəbər, ən müqəddəs ziyarətgahında İsmayıl ağa camaatının hacıları ilə başqa bir camaat Eringöyçülər qırğına çıxdılar. Hər tərəfdən 100-150 nəfər. Biri kəllə atdı, biri təpik, biri şillə, biri söydü, biri döydü və hamısı da “Allahı Əkbər!” deyə-deyə.

Həə, Türkiyənin təriqətlərə bölünmüş halı belə. Əlbəttə, bilirdik ki, bəzi nazirlər vaxtilə hansısa cami imamı olub. Madam ki, cümhuriyyəti dinçi dövltlə əvəz etmək həvəsi var, niyə də olmasın? Və bu da məlumdur ki, bir çox təriqətlərin nümayəndələri hökumətdə və dövlət idarələrində mühüm vəzifələr tuturlar. Hərçənd Fətullah Gülən camaatı hələ də o yerlərdən təmizlənməyib, həmin vəzifələri başqa təriqət üzvlərini tutmadığına kim zəmanət verə bilər.

Təriqətlər də maşallah, istədliklərindən də çox.

İsmayıl ağa camaatı.

Nakşibendilər.

Mənzilçilər.

Süleymançılar.

İskəndər paşa camaatı.

Eringöy camaatı.

İslahçılar.

Kırkıncı Hoca və Yazıçılar.

Nurçu qruplar.

Melamilər.

Həqiqətçilər.

Naznəvilər.

İcmalçılar.

Cərrahilər.

Hizbul Təhriz.

Tilloçular

və başqaları.

 

İndi bu dini xəritəyə bir də baxın. Ölkədə İslamın, müsəlmanların necə bölündüyü, hətta Kəbədə belə bir-birlərinin qanlarını içməyə hazır olduqlarını da düşünün. Təhlükənin böyüklüyünü təsəvvür edirsinizmi? Bir baş örtüsünün aylarca, illərcə siyasət predmeti olduğunu da unutmayın.

Heç kəsə sirr deyil ki, Türkiyədə yeni bir rejim qurulur. Açığı bir din dövləti inşa edilir. Cümhuriyyət, onun fəlsəfəsi get-gedə aradan qaldırılır. Hətta əsrlər öncə Metenin kəşfi, islahatı, hərbi böyüklüyü olan onbaşı, yüzbaşı, minbaşı (sonradan bütün dünyanın qəbul etdiyi rütbələr də buna əsaslanır (starşina, leytenant, kapitan, mayor, polkovnik…) da unudulur. Halbuki dünyanın bir sıra hərb məktəblərində bu Türk Ordusu elmi hələ də tədris olunur (Türk Ordusu barədə gələcəkdə söhbət açacağıq).

Bəli, dindən, təriqətlərdən danışdıq. Bu təriqətlərin bəziləri Azərbaycana da ayaq açmışdı və bəlkə hələ də simpatizanları da var. Ölkənin xüsusi xidmət orqanları onların bir çoxunu ifşa etdi. Amma məsələn, nurçular Türkiyədə hələ də güc göstərirlər. Məktəbləri, televiziya kanalları, mətbuat orqanları fəaliyyətdədir. İsmayıl ağa camaatı və Süleymançılar da güclü təriqətlərdir. Bəlkə də yüz minlərlə tərəfdarları, müridləri var. Gülən camaatından boşaldılmış yerləri onlar tutacaqsa, fərq nədir? Axı, toplananların yerini dəyişəndə cəm dəyişməz - nəticə siyasal İslamdır. Başqa bir yorumu, yeri yoxdur.

Təsəvvür edin, bir də deyirik - elə kəndlər var ki, əhalisi iki-üç yerə bölünüb. Hərənin ayrı camisi mövcuddur. Hər inancın cami minbəri ayrı rəngdədir. Ayrımçılığın, bölünmənin, həm də islamçı bölünmənin başqa bir sübutuna gərək varmı?

Hələ bunlar öz yerində. Cindarlar peyda olub. Bəzi TV-lərə də çıxırlar. Çıxırlar və müsəlmanın qadın cinlərlə necə sevişməsini, adaxlıbazlıqlarını izah edirlər. Elə bu yaxınlarda məlum oldu ki, o cinçıxaranların patronu televiziya kanalı açıb. Gic-gic, Şeyx Nəsrullah misalı, dərviş Məstəli şah üsullu bir dələduz. Elə bilirsiniz belələri Azərbaycana ayaq açmayıb. Bəzi TV-lərimizdə heç onlardan görməmisiz? Görmüsünüz. Bir falabaxanı ekranlara çıxaranlar nə düşünmüşlər görəsən? O türk falabaxan da ağzına gələni danışır, gic-gic söhbətlər edirdi. Qayıdıb gedib? İnanmıram!

Bu təriqət missionerlərinin bizim yas məclislərinə də ayaq açdıqlarının şahidi olmuşuq. Əlbəttə, deyəcəksiniz ki, bəs xristian, daha nə bilim nə missionerlərindən niyə danışmırsınız. Danışmışıq, yazmışıq. İndi də bunlardan danışır, bunlardan yazırıq ki, kiminsə cibinə, qəlbinə, evinə, iş yerinə girib, “cin” çıxarmasınlar. Çünki oralarda cin yoxdur. Varsa da özünüz o cinlərlə dil taparıq. Nə isə!

Yadıma o əhvalat düşdü. Türk telekanallarının birində professor çıxış edirdi. Nə dedi, bilirsiniz? Həmin o professor dedi ki, ölkə əhalisinin oxumasına, savadlanmasına yol vermək olmaz. Onlar savadlandıqca, yəni mənim yozumum belədir - ağıllandıqca, ölkə rəhbərliyinə qarşı bəzi etirazlarda bulunacaqlar. Və…

Və çox keçmədən həmin o professoru təhsil sistemində yüksək vəzifəyə təyin etdilər. Bax belə!

Amma təriqətlərə toxunulmur. Hətta əcayib ayinlərinə də bəh-bəh deyilir. Yəqin TV, yaxud sosial mediada, internet portallarında görmüsünüz. Dövrə vurub, uzuun… saçlı bir-ikisini araya alırlar. Əcayib rəqslər başlayır. Onlar da: “Haa! Huu! Haa! Huu!” deyə qorxunc səslər çıxarıb, ehtizaza gəlirlər. “Alimləri” isə belə izah edir:

- Bu çəkic vurma səhnəsidir. “Haa” deyəndə çəkic qalxır. “Huu!” deyəndə zərbə endirir.

Bax, İslamın, təmiz müsəlmanlığın düşdüyü vəziyyət belədir. Madam ki, Kəbədə “Allahu Əkbər!” nidasıyla bir-birlərin qanını içmək istəyirlər, onda Yaxın Şərqdə İŞİD deyilənlərin insanın bağrını yarıb, ciyərini çıxararaq, yemələri elə-belə deyilmiş. İslamı gözdən salmaq üçün elə yollar düşünüb tapırlar ki, Şeytanın belə ağlına gəlməz.

Və madam ki, Şeytanın ağlına gəlməyən işlər özünə müsəlman deyən saxtakarların ağlına gəlir, demək təhlükə sovuşmayıb. Nələr ola biləcəyini heç kəs bilmir. Amma təxminlər var!

Ehtiyatlı olun! Qaniçənlər də “Allahu Əkbər!” deyir…

Ən yaxın keçmişdə Türkiyədə dövlət çevrilinə cəhd göstərənlər məhz bu təriqətlərdən birini - Gülən camaatının müridləri idi.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22