26 May 2017, 12:03 | Ana Səhifə - Yazılar - “15 gün”ün davası - əcnəbi palazına bürünmək...
“15 gün”ün davası - əcnəbi palazına bürünmək...

Vəfa Allahverdiyeva

 

Nə vaxtsa, bizim ölkənin uğurlu bir ənənəsinin, heç olmasa, sintez edilmiş milli modelinin başqa ağ irq, hətta qara irq üçün də  praktika halına gələcəyi günü intizarla gözləyirik.

Çünki elə hey, beynəlxalq təcrübə ilə uğurlu-uğursuz eksprimentlərə çəkilir, psixikamıza, ruhumuza, mental şüurumuza uyğun, qeyri- uyğun olanlarla bəzən sevinir, bəzən əzablar içərisində qıvranırıq. 
 

Bir misal olaraq təhsilimizin mahiyyətinə soxulan yad dəyişikliklər kimi.

Öz standartımız yaranmayınca, sırada üzərimizdə tətbiq ediləcək hələ qədər uyumsuz beynəlxalq praktika var... 

Belə görünür ki, dərs ilinin başlanma və bitmə müddətində ədalətli redaktə istəyən millət vəkili Fazil Mustafanın məsələnin ətəyini buraxmaması Təhsil Nazirliyində anlayış yerinə, buna tamamən zidd, başqa absurd, psixoloji nöqteyi-nəzərdən radikal bir təklifə ictimai müzakirə təkanı verir.    

Nə məsələdirsə, cəmiyyətin sanballı kəsimi, təhsildəki qüsurların daimi tənqidçiləri, sanki səs-səsə verib, iyun ayını sonuncu gününə kimi tədris müddətinə qatmağı tərcih edirlər.

Elə bil təhsilin bütün dərd-sərini- mürəkkəb mövzuların yaxşı qavranmamasını, oxumaq həvəssizliyini və.s  problemləri  bu 15 günün vacibliyi çözəcək. 

Bu yerdə beynəlxalq praktika hamının cəsur dilinə kilid vurur, deyəsən.

Təhsil idarəçilərinə də bax, elə bu lazımdır.

Çünki xarici təcrübəni yamsılayan təklifin müəllifliyi onlara məxsusdur; İmza qoyub, möhür vurmaq üçün ictimai rəydəki konsensusdan yaxşı istinad ola bilməz.

Niyəsə xarici təşrübənin insana rahatlıq, yüngüllük gətirən məqamları bizdən hər daim əsirgənir-məsələn, o məntiqlə beynəlxalq praktikada dərsləri öyrənmə məktəb auditoriyasına aiddir, ev isə dincəlmək, hələ ailəni də istirahətə şərik etmək üçündür-fəqət harda qəliz, ağır tələblər var, “xaricdə belədir”- deyibən, həyatımıza tətbiq edilir.      

Olsun.   Amma səbəblərsiz, təhlillərsiz yox.

Proqram ağır və mürəkkəbdir-doğrudur.

Lakin iki ildir, dərs müddətinə əlavə edilmiş 15 günün səmərəsi, yaxud mənasızlığı haqda əldə bir rəsmi araşdırma mövcuddurmu?

Çünki müşahidələr təhsil kontingentinin- müəllim-şagird birlikdə- bu, dəyişikliyə adaptasiya olmadığını göstərir. 

Uyğunlaşmamanın bir misalı ondan ibarətdir ki, proqram nə qədər ağır olur-olsun, onun yekun bölümləri iyuna saxlanmır; ənənəvi final, istər-istəməz yenə  may ayına düşür.

Kitabların, iş dəftərlərinin son səhifələri mayın axırıncı günləri ilə birlikdə qapanır. Bəzi məktəb, bəzi siniflərdə kitablar, hətta təhvil verilməyə başlayır.

Hər ev buna bir sübutdur. 

Ötən illə fərq yalnız summativlərin yazılma vaxtındadır. İmtahana bənzər bu dönəmi bir qədər iyunun əvvəli  öz öhdəsinə götürür.
 

Üst-üstə boşuna keçən günləri isbatlayan daha gözəgirən faktlar evdə əməlli azalan stresdir; quş kimi yüngülləşən  çantalardır.  

Uşaqların üzü əməlli-başlı gülür-tapşırıq yox, təkrarlar başlayıb. 

Müəllimləri dəhlizlərdə tapmaq, vatsap mesajlarına çevik cavab almaq imkanı da var.

Sinifdənxaric oxuya müraciət başlayıb.

Niyə?

Çünki tədris artıq mayın sonlarından, əsasən bitib. Boşluğu nə iləsə doldurmaq lazımdır.

Bu mübahisəli “15 gün” sinif otaqlarında  ora-bura qaçmaq, söhbətləşmək, zarafatlaşmaq, müəllimlər üçünsə dərdləşmək, qeybətləşmək günü təəssüratını, tərəddüdsüz yaradır. 

Belə mənasız bir müddət üçün verilən haqlı təklifləri ciddiliyə almamaq, üstəlik, ikinci lüzumsuz 15 günü də psixologiyamıza ötürmək, məktəblini düşünmə  qayğısı deyil.

Sadəcə, beynəlxalq praktikanı palaz sayıb, onunla birlikdə sürünmək təqlidçiliyidir. 

Sərt qış məktəbin nizam-intizamını necə alt-üst edirsə, isti iyun da davamiyyəti bir o qədər pozur. Təhsil Nazirliyinin yeni təklifi elə bu mənada da boş bir çabadan ibarətdir.

Yeməklə doymayan yalamaqla doymazsa, 9 ayda öyrənməyənə, yaxud əzab çəkə-çəkə irəliləyənə  15 günün nəsə  verə bilməsi gülünc arqumentdir.         

15 gün tər-təmiz təhsil tüfeyliliyidir.

Hamı üçün qiymətli olan zaman məsələsi məktəbli üçün ikiqat dəyər daşıyır.

Bayram günlərinin sayını onların tətil müddətindən çıxmaq, o zaman ədalət tərəzisində çəkilmiş qərar olar ki, dövlət qulluqçularına verilən məzuniyyət günündə də qısalma olsun.

Hər halda ilboyu bayram istirahətlərində paritetlik var, üstəgəl, məktəblinin yükü kabinetlərdə, bir çox hallarda boşluqdan telefonla oynayan, kompyuter əyləncəsinə sarılan bəzi dövlət qulluqçularının yükündən daha ağırdır.

Uzunmüddətli istirahət bir haqq məsələsidir. Uşaqların həyatını çərçivəyə alıb, bu həyatı elə bitib-tükənməyən testlərdən, oxudan, imladan, inşadan ibarət hala gətirmək təhsildən usanma, iyrənmə durumu doğurar, başqa heç nə.

Milli və dünya ədəbiyyatına düşkün, mütaliə sevgisi görmək istədiyimiz nəsil bu müsbət tendensiyaya ancaq və ancaq tətil günlərində qaça bilir.

Hələ insaflı olub, onların uşaqlıq xəyallarını-doyunca velosiped sürmək, kənddə-kəsəkdə at minmək, çayda bol-bol çimmək, yaxşı ölkələr gəzmək, dünyagörüş qazandıran onlarca qapıları döymək məsələlərini də gözardı etməsək, yetərli zaman istəyən bir ardıcıllıq tələb olunur.  

İyun ayını istirahət hüququndan bütöv çıxarmaq, yeniyetmə xəyallarını oğurlamaq, istirahəti haram etmək, məktəbliyə dərslə cəza kəsmək kimi bir şeydir...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 Buraxılış imtahanında bir şagird maksimum bal TOPLADI 6 May 2021, 18:33 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36 Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı 6 May 2021, 17:30 Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi 6 May 2021, 17:24 Əhəd Abıyevin həbs xəbərinə İcra Hakimiyyətindən CAVAB 6 May 2021, 17:18