5 İyul 2017, 13:05 | Ana Səhifə - Yazılar - Velosiped utancaqlığı...
Velosiped utancaqlığı...

Vəfa Allahverdiyeva

 

Yəqin ki, hansısa Avropa ölkəsi məmurlarının  velosipedlə işə gedib-gəlməsi xəbərləri, eləcə də bu ölkələrdə canlı şahidi olduğumuz bol-bol velosipedlərin küçələrdə sağa-sola şütüməsi bizi heyrətləndirməsəydi, ikitəkərli primitiv nəqliyyat növü gözümüzdə bu qədər böyüməzdi.

Böyüməyinə, həqiqətən böyüyüb.

Amma indilikdə yalnızca  uşaqlarımızı məmnun etmək, başını qatmaq,  fiziki inkişafını düşünmək baxımından.

Böyüklərə gəlincə...

Əksəriyyətində komplekslər-utancaqlıq, yekəlik halı  Avropanın sadəliyə və sağlamlığa xidmət edən bu dəbinin arxasınca getməyə hələlik mane olur.

Halbuki ötən il zavod da tikib istifadəyə verdik.

Nəhayət, sabah həmin zavod özünün ilk  məhsulunun dizaynını, keyfiyyətini, çeşidini  sərgiləyən təqdimat mərasimini keçirəcək.

Böyüklərin bu velosiped utancaqlığı isə zavodun artıq bəribaşdan ixrac təyinatlı çalışacağı qənaətini möhkəmləndirir.

Quş kimi yüngül nəqliyyat vasitəsi velosiped, tarixən Fransa və İngiltərə ixtirası sayılsa da, hollandlar qədər bu dəbə düşkün ola bilmədilər.

Yəni, belə analogiyadan bir rahatsızlıq  var ki, yerli velosiped istehsalçısı olmaq faktı çətin ki, cəmiyyətin zövqünə kütləvi təsir etsin.

Tək bir məlum səbəbdən ki, toplum dəbdəbəli maşını qoyub velosipedə minmək qədər sadələşməyib;

Bunun komfort nəqliyyatdan sağlamlığa  daha xeyirli olduğunu bilmək qədər düşüncəli deyil.

Amma gerçəkdən də, bizim şəhərin, bizim toplumun bu velosiped dəbinə, velosiped mədəniyyətinə çox ciddi ehtiyacı var. 

Bu dəbi ənənəyə çevirmək, bu mədəniyyəti şüurlarda bərkitmək millət qarşısında böyük xidmət çəkisinə malik olardı.

Çünki hər gün ölümlə sonuclanan qəzalar, boğanaq atmosfer, ərşə yüksələn toz-duman, yuxuya qənim kəsilən amansız səs-küy, yollarda zaman itirmək, ömrü yol stresi ilə çürütmək maşın sıxlığının bais olduğu kədərli nəticələrdir.

Hələ dəbdəbəli maşınlarla ortaya çıxan sosial bərabərsizlik, maşın markası və dəyəri üzərindən bir-birinə qıcıq vermələr, yəni mənəvi iflas - bütün bunlar velosipedi zəncirvarı nə qədər bəlanı sıradan çıxara, mənəvi aşınmanı ört-basdır edə bilən  səbəb kimi tanıdır.

Kübarlıq yekə maşında gəzmək, sükan arxasında forslu idarəçiliklə ətrafı toz-dumana bulamaq deyil.

Dəbdəbəni sadə ikitəkərli minik vasitəsinə dəyişə bilmək də özü bir kübarlıqdır.

Necə ki, Avropanın kübar insanlarına, elit təbəqəsinə məxsus   əmlakda bər-bəzəkli maşın qədər velosiped  də xüsusi əhəmiyyətə malikdir.

Məmurlar nə dövlətin yanacağını göyə sovurur, nə xidməti maşın davası döyürlər.  

Sadə təbəqə, nə cırılmış təkərin yamağını dərd edir, nə maşını hərəkətə gətirən yanacağın pulunu.

Çünki utanmadığı velosiped ondan bu dərdləri dərd etməyi gözləmir. 

Bizim kimi toplumlara gəlincə:

Qəribədir, rüşvət almağa utanmayasan, velosiped sürməyə utanasan.

Böhtan, şər atmaqdan utanmayasan, bəzəkli maşın yerinə velosipedə sahiblikdən utanasan.

İçki düşkünü olmaqdan abır etməyəsən, amma velosipedə qalxıb-düşməkdən utanasan.   

Tək bu utanmaq, daha doğrusu, bəyənməmək, məhz şərqli keyfiyyəti olan yekəlik, ədalanmaq olmasaydı, Azərbaycanda  velosiped istehsal edən ikinci zavoda da, bəlkə ehtiyac yaranar, üstəlik, ölkəyə velosiped idxalı əməlli faizə çatar, nəhayət, günlərin birində paytaxtdakı nəqliyyat xaosu səssiz, balaca minik vasitəsinin təhlükəsiz karvanına uduzub, şəhər insanının əsəblərinə əvəzsiz sakitliyi hakim edərdi.

Ekologiya ciplərin yerinə keçən velosiped sayəsində özünü toparlayıb, insanın nəfəsinə təmiz havanı səxavətlə ötürərdi.    

Qəzalarda sıradan çıxan işıq dirəkləri, ildə korlanan asfalt yollar, qayğısı artan dövlət büdcəsı...o da velosipedə minnətdar olardı.

Çətini bir məmurun velosipedlə işə gedib-gəlməsinə kimidir.

Çətini bir ünlünün velosipedlə kameralara tuş gəlməsinə kimidir.

Dəb, örnək birinin, ikisinin, amma populyar  simaların timsalında  başlayır...

İkitəkərli araba üçün zavod tikmək, bu haqda danışmaq, fikir söyləmək gülməli görünə bilər.

Amma bizdə dodaq qaçıran bu istehsal növü Avropa insanının mədəniyyətinə, ekologiyasına, büdcəsinə nələr verib, hesablamaq heç də çətin deyil.

Sabah sərgilənəcək ilk istehsal nümunələrinin keyfiyyətinə şübhəm olduqca azdır.

Mənim əsasən, toplum olaraq, bu  sadə nəqliyyatın sadəlik gücündən tutmuş, sağlamlığa, ətraf mühitə faydasını dərk etməli olan  şüurumuzun keyfiyyətinə şübhəm var... 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalan məlumatların həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59 Türkiyədə 107 yanğın nəzarətə alındı - FOTO 1 Avqust 2021, 12:55 Rusiyda virusdan ölənlərin yeni sayı 1 Avqust 2021, 12:51 Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe 1 Avqust 2021, 12:40 Gürcüstanlı idmançılar Olimpiya kəndindən çıxarıldı 1 Avqust 2021, 12:38 Reza Deqatinin dərc olunmamış FOTOLARI 1 Avqust 2021, 12:36