Modern.az

"Sabah" klubu braziliyalı hücumçu aldı

"Sabah" klubu braziliyalı hücumçu aldı

İdman

9 Sentyabr 2026, 10:42

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu Karlos Eduardo bundan sonra "Sabah"da oynayacaq.

24 yaşlı futbolçu Portuqaliyanın "Jil Visente" klubundan birillik icarəyə götürülüb. İcarə müqaviləsində "Sabah"ın futbolçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.  

Karlos karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020–2021), "Maritimu"nun B və əsas komandalarında (2021–2024), həmçinin "Felqeyraş"da (2024–2025) çıxış edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?