Modern.az

Bakı Limanı rekord sayda konteyner qəbul edəcək

Bakı Limanı rekord sayda konteyner qəbul edəcək

İqtisadiyyat

Bu gün, 11:12

Bakı Limanında yükdaşımaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb.

Modern.az xəbər verir ki, bunu Bakı Limanı direktorunun məsləhətçisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, konteyner daşımalarında xüsusilə ciddi artım müşahidə olunur:

“2015-ci ildə limanda 13 min TEU konteyner emal edildiyi halda, ötən il bu göstərici 100 min TEU-nu keçib. Cari il üçün proqnoz 121 min TEU konteyner təşkil edir. Ümumi yük dövriyyəsində də yüksək artım tempi müşahidə olunur. Bu artım fonunda liman və logistika infrastrukturunun genişləndirilməsi, həmçinin yeni logistika imkanlarının yaradılması zəruridir. Yük həcmlərinin artım tempi çox yüksəkdir. Buna görə də treyderlər və logistika şirkətləri də yeni imkanların yaradılmasına və infrastrukturun inkişafına uyğunlaşmalıdırlar”.

Aydan Qasımova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!