Modern.az

Tramp Almaniyada millətçilərin uğurunu alqışladı: Vau!

Tramp Almaniyada millətçilərin uğurunu alqışladı: Vau!

Dünya

9 Sentyabr 2026, 11:18

ABŞ Prezidenti Donald Tramp Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdəki nəticəsini alqışlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə səsvermədən iki gün sonra - sentyabrın 8-də “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Vau! Almaniyada populist partiya üçün həqiqətən də böyük gecə oldu”, - deyə Tramp bildirib.

Tramp paylaşımında partiyanın adını birbaşa qeyd etməyib. Lakin yazdıqlarından söhbətin AfD-dən getdiyi aydın olur.

ABŞ liderinin sözlərinə görə, partiya və onun tərəfdarları Almaniyaya ciddi zərər vuran “tamamilə dəhşətli miqrasiya qaydalarından” beziblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?