31 Avqust 2017, 12:46 | Ana Səhifə - Yazılar - Rusun bəraət alan dili
Rusun bəraət alan dili

Vəfa Allahverdiyeva

 

Təhsilin birinci şəxsi rus dili ilə bağlı sərəncam imzalayıb.

Bir vaxtlar böyük nifrət fırtınasına, siyasi-ideoloji və coğrafi ayrılıq politikasına qurban getmiş rus dilinin məktəblərdə tədrisi bir çəkinmə hissi altında olsa da, tədricən genişlənir. Başa düşülən bu.

Amma heç “intensiv tədris” kəlməsi də rus dilinə münasibətdə buraxılan xətanı yetərincə düzəltmir. Nəzərə alsaq ki, paytaxtın mərkəzi məktəblərinin hamısında rus dili dərsləri keçirilmir.

Əski zamanlar deyil, ictimai qınağa görə qorxa-qorxa rus sevgisi göstərə, yaxud da özündən çıxasan ki, yenə bu rus kəlməsinin arxasında nə dayanır, görəsən?!

Xalqa və mədəniyyətə sevgi dövlətin siyasətinə, strategiyasına sevgi deyil.  Bizim rus dilinə ehtiyacımız var. Çünki o, beynəlxalq dil sistemində yerini tam itirməyib.   

Vahid siyasi sistemdən qopmuşuq biz; ingilis ətrinə, Qərb qoxusuna buhuş olsaq da, o coğrafiyada deyilik. Rus dilində danışan bir məkanda qalırıq. Avrasiya hələ ingilisdilli məkana büsbütün çevrilməyib. Demək babat-yaxşı “rusca”mız  olmalıdır.

“İntensiv tədris” göstərişinin pərdəarxasında heç nə yoxdur; təhsil heç bir siyasi ssenarinin içində deyil.   

Sadəcə, rus dilinin hörmətini, sanballını hiss etmiş insanların zəkası yetir ki, 17, 5 milyon kvadrat km-dən artıq  bir  ərazinin, böyük  mədəniyyətin sahibi olan Rusiyanın özü bir kənara, dilindən heç bir xalqa zərər gəlmədiyini, Avropanın şərqində, Avrasiya coğrafiyasında hələlik  bu dilsiz keçinməyin mümkünsüzlüyünü dərk edə bilsin.

Yazılmış təriflərə və yazılmamış qanunlara görə  dilin yalnızca bir funksiyası var-anlatmaq, anlamaq.

Rusiya istilaçı xarakterinə görə darmadağın olmanı və başqa xalqların söyüşünü haqq edirdi, dilsə yox. Dil siyasətin deyil, xalqın məhsuludur- qüsursuz və şəffaf.

Zehinlərdəki düşüncələri qarşılıqlı ötürmə funksiyasını daşıyan mədəniyyət körpüsüdür.

Dilin üzərinə  kin yükləmək, Rusiyanın imperial ambisiyaları ilə rus dilini qarışıq salmaq ucbatından  90-cı illər nəslinin ( o nəsilə mən də daxiləm-müəl.)orta təhsil səviyyəsindəki ruscası ali təhsil müstəvisində başlayan qadağalarla, rusdilli mühütün zəifləməsi ilə axsadı, sonrakı nəsillərin- bizim övladlarımızınsa, ümumiyyətlə, rus dilində təsəvvürü belə olmadı; böyük əksəriyyətin heç yoxdur da.

Rus dili bu gün ictimai təfəkkürdə bəraət almağa başlayır. Ona görə ki, qurunun oduna yaş kimi yanan rus dilinin siyasət ucbatından ölməsi vaxtı 90-cı illər deyildi.  

Rus dilinin ölü dil qrupunda başa çatan taleyini dünyadakı geopolitik savaşın sonu özü həll edəcək.   

Başından bir qrup həqiqi millətsevər insanlar və psevdovətənpərvərlər məsələni  belə qoysaydılar ki, əzilən xalqlar dilə, mədəniyyətə sevgini siyasətin çirkablarına bulaşdırmasınlar, o zaman rus dili dünyanın bir-biri ilə asanca görüşdüyü bu çağdaş zamanda insanlar arasında rabitəyə dilmanc axtarmaz, müasir insanın tarix, mədəniyyət axtarışlarında ona gərəkli yol yoldaşı ola bilərdi.

Çağdaş nəsil getdiyi, olduğu yerlərdə rus dilinə gözünü döyməzdi. Sələflərinin kitabxanasındakı toz basmış dəyərli kitablara sahib çıxa bilərdi.  

Çox dil bilmənin faydası haqqında tövsiyyələr və cəhdlər  də buna görə deyilmi...

Əgər dilin  ölkənin istilaçı xisləti  ilə bir əlaqəsi varsa,  demək on ildir biz ingilislərin köləsiyik.

Fransızlar və almanlar tərəfindən ovlanmaq cəhdləri ilə qarşı-qarşıyayıq. Axı Bakı və rayon məktəblərində bu üç dilin üstünlüyü hökmranlıq edir!

Dünya insanlarının vahid dildə bir-biri ilə danışması üçün daha neçə on illər lazımdır. O vaxta qədər rus dil çox xalqların əlindən tuta bilər. Rus dilinə sevgidə, ehtiyacda əsas gerçək, nədən budur. Odur ki, Azərbaycanda rus dilinin tədrisi ilə bağlı atılan addımlar hələ kifayətedici sayıla bilməz.  

Rus dili başqa dillərdən fərqli olaraq, insanı estetik baxımdan gözəl təqdim edir- ağız-çənəsini-mimikasını əymir. Ona eybəcər görüntü vermir, əksinə simaya bir gözəllik, ağırlıq, nitqə bir füsünkarlıq  gətirir. Rus dilinin cazibəsi bir az da burdadır. 
 

Dünya düzəninin dəyişməsi ucbatından belə bir mədəniyyətin tədricən  itə bilməsinə də  çox heyf!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06