29 Sentyabr 2017, 11:21 | Ana Səhifə - Yazılar - Artist pulları, rüşvətxor əllər, dəyərləşən şor...
Artist pulları, rüşvətxor əllər, dəyərləşən şor...

Vəfa Allahverdiyeva    


ATV-nin artıq keçmiş olan sədri Vüqar Qaradağlının başına son  gələnlər  “sandıq açılıb, pambıq töküləcək” misalında maraqlı bir  məsələ kimi görünür.

Dünənə kimi artist zümrəsindən bir nəfərin də cınqırı çıxmırdı ki, televiziyalar onlara məhz rüşvət qarşılığında gen-bol efir üzü göstərir.

Hansı kanalı açır, hansı verilişi seçmək istəyirsən, qənşərinə artist çıxır-öz həyatından, özgə taleyindən bəhs edən və hətta ekspert qismində. Gör iş nə yerə çatıb ki, onlar topluma ağıl verir, yol göstərir, təsəlli olur, daha nələr, nələr...   

 

Əslində ordan-burdan topluma sızırdı ki, şöhrət dənizində üzmək üçün dəridən-qabıqdan çıxan yeni artist nəsli  müstəqil televiziyalara karlı görüm-baxım edir.  Yoxsa ki,  ərindən, taleyindən  küsüb gələnlərin səhnə yolu, populyarlıq qisməti  bu qədər hamar və rahat olmazdı.     

Təmtəraqlı sənətçi evlərindən çəkilən verilişlər də həmçinin...jurnalisti əli dolu, cibi dolu edən proyektlərdir bunlar. Məlum: pul bir ingilisdə, bir də indiki zəmanədə artist tayfasında.

Qarışqa şırəyə daraşan kimi elektron KİV-də, neçə illərdir, bu şirəni özünə yaxşıca yem yeri edib.

Yəni, artistin qazandığı  kapitalın səbəbkarı da, bu kapitala dolayısı şərik olan da televiziyalardır-anlaşılırdı bu.

Yeniliksə  etiraflardadır.

Kimsənin dilindən  təsdiq, şahidlik   formasında efirin başında dayanan  böyüklərin  paxırı açılmırdı.  

Həm də heç bir “ünlü”nün “sənət zirvəsi”nin sirri öz dili ilə faş olunmurdu. Badalaq Vüqar Qaradağlı ilə eyni vaxtda göbələk kimi bir gecədə artan artist zümrəsinin özünə də vurulub, rüşvət etirafı növbəsinə dayananların xəbəri yox.     

Yaxşı ki də hamının paxırı açıldı. Lap yıxılana zərbə vurmaq kimi çıxsa da. Gedənin dalınca danışmaq olsa da. Nəyə görə?

Ona görə ki, bu zamana kimi yağla şorun yerinin dəyişik düşməsi, istedadsızların sürətlə populyarlıq mərtəbəsinə dırmanması nədənlərini dəqiq bir səbəbdə, bir  ünvanda  axtarmaqda zorlanırdıq. Elə hey deqradasiya, deqradasiya şikayəti. Mənəvi aşınma yanlış efir təbliğatıyla təməl atırdı, qışqırıqlarsa ünvana çatmırdı.  

Anlayırdıq ki, televiziyalar meydan verməsə, soyunanlar ulduz statusunun həndəvərinə yaxın düşə bilməz. Belələrinə sonra-sonra xalq artisti, əməkdar artist qapısı da aralanmaz. 

Belələri böyük-böyük adamların toylarında böyük hesablara iddia da edə bilməz.

Belələri gənc qızlara, oğlanlara etalon da olmaz. 

Xeyli uzaq zamanlarda Dövlət Televiziyasının iki solisti var idi: Nisə Qasımova, Xədicə Abbasova.

Hər adamı televiziyaya buraxmazdılar. Elə indi də dövlətə xidmət edən televiziya bu ənənəni saxlayır: hər yoldan ötənə, nə yumşaq üz göstərir, nə də rüşvətə şirniklənən əl.

Muğam müsabiqələrində özünü professional, ədəb-ərkanlı tanıdan, Konservatoriyanın vokal, opera  səviyyəsindən keçib gələn gənc istedadlardan başqa, çadır toyları, restoran, bar məktəbi keçmiş  səsindən müştəbehlərə meydan vermir, onları dolayısı ilə  zövq, səviyyə, sanbal, peşəkarlıq axtarmayan pulgir  televiziyaların adresinə yönəldir.      

Mikrofonu əvvəl-əvvəl əlinə uşaq oyuncağı kimi alıb, sonra  soyunmaqla səhnəni “fəth etmək” nümunəsini cəmiyyətdə ilk   yaradanın  kimliyi yox,  onları efirin parlaq  lampaları altına gətirən televiziyaların mənəvi cinayətkarlıqla məşğul olmasının etirafı nə qədər ağırdır!!!  

Bu ölkədə 700 ballıq savadını göstərən onlarla gənc, televiziya tribunasından niyə ekspert olmasın!

Bacarıqlı  həkimlər niyə tele-ulduza çevrilməsin!

Jurnalistikanın gözəl imzaları-Hüseynbala Səlimov, Azər Hüseynbala və hörmətə layiq onlarla qələm insanı Azərbaycan miqyası üçün populyarlığı haqq etdiyi halda, efirdə gözümüzü ancaq ordan-burdan gəlmiş artistlər “mazol” etməlidir?!

Hanı muğam müsabiqələrindən üzünü və  səsini yaxşı tanıdan  istedadlar?! Müstəqil televiziya onlara efirin imkanlarını yaradırmı?

Çünki nə həkimdə, nə jurnalistdə, nə 700 bal toplamış tələbədə, nə muğam həvəskarında televiziyaların büdcəsinə, böyük-böyük adamların cibinə  verə biləcəyi pullar var. Üstəlik, onların dürüst olmayan yollarla şöhrətin zirvəsinə bir az da dırmanmaq niyyəti, yığıb-yığışdırılması qeyri-mümkün pullar qazanmaq çabası.

Vergilər Nazirliyini borclu çıxaran, vergi ödəmə tələbi gələndə, əlinə dəsmal alıb ağlayan artist zümrəsinin televiziyaları ütülü pullarla bəsləməsinin sirri açıqdır: şoru yağdan baha satan, cəmiyyətə “faydalı” təqdim edən  məhz televiziyalardır!   

Birinin ərindən, qardaşından, nişanlısından konfidensial şəkildə pul qoparıb embarqo tətdiq etmək, sonra bu embarqonu tətbiq edilənin özünün rüşvəti qarşılığında aradan götürmək tərtəmiz dələduzluq olsa da heç...bu “fərasətin” hesabına qazanılan pullar da heç...saymayaq, amma əldəqayırma müğənniləri sənətkara, ünlüyə çevirməkdə, əsl sənətin dəyərinin ölməsində, insan zövqünün xarab edilməsində, gənc nəslin pis nümunə ilə böyüməsində bu televiziyalar elə bir günah, məsuliyyət daşıyırlar ki,  bunun hesabı ən radikal formalarda belə sorulmalıdır. 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:42 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?