03Noyabr | Ana Səhifə - Yazılar - Təlaşlı ürəklərin aksiyası
Təlaşlı ürəklərin aksiyası

Vəfa Allahverdiyeva


Həyatı günlük informasiyalara, ictimai-siyasi hadisələrə bağlı insanların ilgi dairəsindədir, həm Bakıdan Qarsa çəkilib, dünyanın o başı ilə bu başını birləşdirən dəmiryolu, həm  Fədayə Laçın-dustaq “Qoca” məsələsi, həm də  manşetlik olan başqa problemlər.
 

Adama elə gəlir ki, avtobusda səninlə bərabər gedən sərnişin də, məktəbin həyətində uşağını gözləyən valideyn də-hamı saytların, qəzetlərin manşetindəki  mövzulara, televiziyaların baş xəbərlərinə bizim qədər yaxındır- oxuyur, baxır, düşünür, təhlil edir.  

Yox. Çoxu xəbərsiz,  bu baş yazılardan. 

Kriminal aləmdəki gurultu da, beynəlxalq siyasətin gözəgəlimli iqtisadi sonucu da hərənin zehnini  məşğul edən problemdən yayındıra bilməyib. 

Bir də ki nəyinə lazım axı: jurnalist deyil, ictimai xadim deyil, siyasətçi deyil... 

Sənin kəlmən Fədayə Laçının etdiyi xətadırsa, Bakıdan Qarsa qatarla səyahət etmək imkanıdırsa, hər gün soldan sağa, sağdan sola şütüyən, ora-bura qaçan sadə adamların solğun üzündə, narahat kəlməsində ibtidai təhsilin bitməsi ilə başlayan təhsilsizlik, yuxarı pillələrdəki anarxiya tablosundan  içinə düşən nadanlıq qorxusu, cahillik dərdidir. 

Niyə yalnız dörd il oxumaq, dörd il intizam, yeddi il veyllənmək, özünü aldatmaq...formalizm?!.     

Əli Kərimlinin cəbhəçilərlə ard-arda keçirdiyi aksiyalardan daha səmimisi təlaşlı ürəklərdəki aksiyadır ki, məktəblərin həyətində hər gün var-səssiz formada. 

Lal aksiya. 

İbtidaidən yuxarı pilləyə adlayan balaların pisliyə doğru dəyişməsinə dözməyən ürəklərin üsyanı...

Hansı məktəb olur-olsun, ibtidai təhsildən sonra itən dərs intizamı, dərsi yersiz səs-küylə, yeniyetmə şıltaqlığıyla pozmaq, tərbiyəsi olmayanlara görə adı pisliyə çıxan sinfin əlində aciz qalan müəllim...belə bir dəhşət mənzərəsində oxuyub, necə adam olmaq qayğısı var. 

Nə qədər balaca idilər, ağıllı, məsum, sözəbaxan. Böyüdüksə, necə bir şəxsiyyət yetişir ailələrdə- gün işığına çıxır. Ədalətli olan məktəbi yox, bir az da ailəni, şəxsiyyət yetişdirmə tərzlərini suçlu görər.   

Gedən bir yaxşıya pərişanlıq, yeni gələn dəli-dolu, yazı-pozuya düşmən kimi tanınan bir uşağa qıcıqlanmaq...kim qadağa qoya bilər ki...Kimsə kiminsə uşağının ədəbinə görə huzurunu itirir, kimsə kimsə uşağının qabiliyyətinə görə sevinir. Çünki səninki ilə bir auditoriyada...   

Bax, görürsünüzmü, bu qədər ilginc informasiya bolluğunda yenə təhsil kədəri! 

Qarşına çıxan həmsöhbəti hansı mövzuya çəkirsən çək, hərlənib fırlanıb təkrar təhsilin üzərinə gəlir.  Sən A-dan deyirsən, o B-dən. 

Çünki dustaqlar da elmin gücündən öz ağlını qazansaydı, onları qaçıranlar yetərli savada malik olsaydı, bəladan uzaq düşərdi. 

İnşaatçı zamanında elmdən qidalanmasaydı, dünyaya lazım olan dəmiryolunu yarada bilməzdi.    

Hardan, necə siyasi küləklər əsir-əssin, mənəvi təlatümlər ortaya çıxır-çıxsın, kim kimin paxırını açır-açsın, kim kiminlə evlənib-boşansın, ibtidai təhsilin son  pilləsində başa çatan təhsil,  yuxarı pillələrdə görünən mənfi atmosfer, uşağın böyüyüb adam olma məsələsi  bir nömrəlidir, düşüncədə.  

Məktəb həyətlərinin hər küncü valideynlərin müzakirə hücrəsidir, hazırda. Hamının zehnində axtarış var: hara transfer etmək... hansı yolu tapmaq...     

...Yenə dəyişirlər, islahat adı altında. Nəyi, necə-dəqiq anlayış yoxdur. Elan olunan tarixdən üzügülən də var, çöhrəsinə qüssə çökən də.

Deyirlər, riyaziyyat humanitar qruplarda yerini bir az da zəiflədəcək. Axı humanitar hara, riyaziyyat hara... 

O qədər parılyadan gözlər var ki...

M.B. Namazov millətin balalarının canına elə bir riyaziyyat qorxusu salmayıb ki, hesaba, rəqəmə, tənliyə, teoremə sevgi olsun. Riyaziyyata elə bir nifrət yaradıb ki, qurtulmaq üçün əllər göydə, dualar göyün sahibinə... 

Deyirlər, uşağın xəttinin əyri-üyrülüyünə göz yummaq keçmişdə qalır. İndi  gözəl xətt vacib şərtdir. Qiymətləndirmədə nəinki xəttə də  baxacaqlar, hələ üstəlik, esse qabiliyyətini  də təftiş edəcəklər. 

Hə bax, artıq burda məktəb hücrələrində ya bərkdən, ya xısın-xısın müzakirə aparan valideynlərdə üzügülənini tapmaq çətindir. Onu qaçan dustağın ölümü, Fədayənin göz yaşları, Bakı-Qars qatarında hansı yüklərin daşınacağı  yox, bu maraqlandırır bu...Bu tələb niyə yatıb-yatıb, yadlarına indi düşdü.  

Çünki xətt məsələsinin bünövrəsi çoxdan qoyulub. Böyük çoxluqda xətt bərbad gündə. Gəl, indi elə et ki, dəftər səhifələri gül açsın!.. Qozbeli qəbir düzəldər. 

Esse yazmaq qabiliyyəti- kütləvi fəlakətdir. 

Gəl, təkbaşına  yaz görüm, necə yazırsan!  

İllərdir, köməyə internet gəlirdi. Analar, atalar cümlələr düzəldib, esse tapşırığını yola verirdi. Hazıra nazıl öyrədilən məktəbli elə bədbəxt edilmədi ki, müstəqil oturub bəlağətli, ibarəli kəlmələrdən məzmunlu, məntiqli mətn yaratsın. Kitab oxudumu söz bazası qazansın...     
 

Nitqi ön plana gətirirlər ki, tutulmuş dillər açılsın,  robort kimi tərpənməkdən qurtulsun, məktəbli. 

Fundamentdəki əyriliyi düzəltmək üçün fundamenti uçurmaq lazım. İnsan özünü necə uçursun, necə əvvələ qayıtsın, sona çatmışkən?!

Məktəb hücrələrindəki müzakirələrdə, ana-ata təlaşında, narahat ürəklərin aksiyasında  manşetlik o qədər məsələ var ki...Fədayənin əməli də, Bakı-Qars da... gözə görünmür. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47