Modern.az

"Nəqliyyat Nazirliyinin müfəttişləri sürücüləri döyürlər"

 "Nəqliyyat Nazirliyinin müfəttişləri sürücüləri döyürlər"

15 Sentyabr 2009, 15:17

Son zamanlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən bir sıra qanun pozuntularına yol verilməsi barədə şikayətlər daxil olur. Bu barədə Modern.az-a Ombudsman aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəqliyyat Müfəttişliyinin və “Azəryolservis” ASC-nin əməkdaşları dövlət nömrə nişanlarını avtomobillərin üzərindən açır, avtomobilə və sürücüyə məxsus sənədləri götürür, sürücülərə qarşı fiziki güc tətbiq edərək döyür, təhqir edir, qanunla nəzərdə tutulmuş səlahiyyətlərini aşırlar ki, bu da sürücülərin haqlı narazılığına səbəb olur. 
Ombudsman narahatlıq doğuran bu məsələlərlə bağlı nəqliyyat naziri Ziya Məmmədova məktubla müraciət edub. Məktubda deyilir:  “Əmirquliyeva Raya Şixbaba qızı Ombudsman Aparatına 17 avqust 2009-cu il tarixdə daxil olmuş şikayət ərizəsində oğlu Mehman Əmirquliyevin Nəqliyyat Nazirliyi Yol Nəqliyyatı Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünün bildiriri. Ərizəçi həmin döyülmə faktının videoyazısını müraciətinə əlavə edib. Döyülmənin görüntüləri internet vasitəsilə yayımlanıb və geniş ictimai müzakirələrə səbəb olub”.
    Müvəkkil belə xoşagəlməz halların davam etməkdə olduğunu təəssüflə bildirib, göstərilənləri nəzərə alaraq, bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, əməkdaşlara hüquq və vəzifələrini, səlahiyyətlərini, qanun və qaydaları izah etməklə onlar üçün maarifləndirmə tədbirlərinin aparılmasını, belə hallara yol vermiş əməkdaşların intizam qaydasında cəzalandırılmasını, Nəqliyyat Müfəttişliyinin işçilərinin qanun çərçivəsində fəaliyyət göstərməsini nəzarətdə saxlamağı və görülmüş tədbirlər barəsində məlumat verməyi nazirdən xahiş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır