19 Oktyabr 2021, Çərşənbə axşamı
17 Yanvar 2018, 21:15 | Ana Səhifə - Yazılar - Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...
Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, 
telejurnalist


Sanki dəbə düşüb: saytlar hansı şairi, publisisti, musiqiçini, müğənnini təqdim edirlərsə, adının qarşısına “tanınmış”, “məşhur” sözlərini yazırlar. Xüsusən adamı rəhmətə getmiş şəxslərin böyük əksəriyyəti bu adlarla təqdim olunur ki, bu da başsağlığı verilən şəxsin yersiz təbliğinə xidmət edir, haqlı olaraq narazılıq doğurur. 

İş o yerə çatıb ki, yazıçı-publisist yaradıcılığı xarici ölkələrin oxucularına yaxşı tanış olan diplomat, təvazökar insan Xeyrəddin Qoca da bu barədə fikrini  belə açıqlayıb: “Bəlkə onlara “məşhur” yox, “tanınmış” deyək”.

Son dərəcə yumşaq qəlbə malik Xeyrəddin müəllim çox kövrəkdir, heç kimin xətrinə dəyməmək üçün sərt danışmır. Qələminə pərəstiş etdiyim Xeyrəddin müəllimə üz tutaraq (daha doğrusu, bəzi saytların rəhbərlərinə) dostçasına deyirəm: axı, adları Biləcəridən o tərəfə belə keçməyənlərə necə tanınmış deyəsən?! Belə getsə onlara dahi də deyəcəklər, buna inanın! Qabartma təbliğatı durdurmaq lazımdır!


Mən 50 illik jurnalistik fəaliyyətimdə qələmi ilə tanıdığım çox mətbuat fədaisinə məşhur  jurnalist deməkdən həzz alaram (təkcə bu sahəni misal gətirirəm).

Məşhur jurnalist-publisist olar Nəsir İmanquliyev, Qabil İmamverdiyev,  Bəxtiyar Sadıqov, Şamil Şahməmmədov, Nəriman Həsənzadə, Aqşin Babayev, Həsən Həsənov, Yusif Kərimov, Faiq Hüsiyev və başqa bu kimi tanınmışlar. Amma adlarını çəkmək istəmirəm, çoxları saytlarda  tanınmış, məşhur  kimi təqdim edilir - şair də, müğənni də, aktyor da. Yaradıcı insana layiq olduğu ad verilməlidir.


Yeri gəlmişkən bir mövzuya da toxunmaq istəyirəm. Mən dəfələrlə dilimizin qayda-qanunlarının pozulduğu televiziyalar, saytlar haqqında yazmışam, mövzunu təkrarlamaq istəmirəm (halbuki bu da lazımdır). 

Dil xətaları bir tərəfə, saytlar əxlaqsız sözlər yazırlar, pornoşəkillər verməklə sanki bəhsə giriblər. Vaxtilə (sovet dövründə) “fahişə”, “cins”, “lüt”, “yarıçılpaq”, “seks” kimi sözlər yazmaq qadağan idi , çox  ciddi ehtiyac olanda bu sözlərin qarşılığını tapıb oxuculara çatdırardıq. Mənə irad tuta bilərlər ki, “bəs sən indi niyə bu sözləri işlədirsən?”. Mən fikrimi çatdırmaq üçün məcburiyyət qarşısında  qaldığım üçün üzr istəyirəm.  Qəribədir, əxlaqsız yazılar yazanların, şəkillər verənlərin evlərində ana-bacıları, qız-gəlinləri yoxdurmu? Mən hələ uşaqları, yeniyetmələri demirəm.


Nə isə... bunlar azmış kimi daha yeni ifadələr də baş alıb gedir: sinə dekoltısi, sinəaltı dekoltə, ayaq dekoltəsi, açıq kürək və s. Belə yazmaq olar! Ayıbdır! 


Rəsmi məlumata görə  Çində  son bir ildə əxlaqsız yazılar, şəkillər dərc edən 13 mindən çox sayt bağlanıb. Görünür, bizdə də belə qadağaya əl atılmalıdır. Bu mübarizəni kim aparmalıdır. Məncə ana-bacı qeyrəti çəkən hər kəs!

Bu yaxınlarda  supermarketlərdə birində tualet kağızı bükülmüş paketin üstündəki yazılara göz gəzdirdim. İstehsalçı ünvanı, dəyəri bilinməyən bu paketin üstündə “ekonomik” sözü vardı. Anlaşılır, yəni “sərfəli, səmərəli. “Naxışlı”, “yumşaq” , “üç qat” sözləri də məhsula uyğun idi. Amma oxuduğum “ətirli” sözünə məəttəl qaldım. Ətirli sabun olar, ətriyyat məhsulları olar, çay olar, bəzi meyvələr olar və s. Daha satılması xətrinə tualet kağızının üstünə “ətirli” (şəkilə baxın) sözünü yazmaq heç bir əndazəyə sığmır. Tualet kağızının ətirli-ətirsiz olması kimə gərəkdir?! 



Milli mentalitetimizə ciddi zərbə vuran bəzi xəbərlərin (qardaş bacını, ata qızını, qaynata gəlinini ...) saytlarda dərc olunması birdəfəlik yığışdırılmalıdır. Milyonda bir hadisəni şişirtmək əxlaqsızlığın təbliği deyilmi? 

Operativ xəbərləri, dilinin təmizliyilə razılaşdığım, daimi oxucusu olduğum Modern.az saytında da onun adına xələl gətirən reklam xarakterli şəkillərə rast gələndə bunu özümə təhqir kimi qəbul edirəm. Bunun hansı zərurətdən irəli gəldiyini deyə bilmərəm və buna görə də bu çox oxunan saytı qınamaq istəmirəm. 

Sonda yenə yazının əvvəlinə qayıtmaq istəyirəm: istənilən halda əgər layiqli olmayan şəxslərə tanınmış, məşhur deyiriksə, bu əsl tanınmışlara, məşhurlara hörmətsizlik deyilmi?..

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06 İİV xəstələrinin 70 faizi KİŞİLƏRDİR 19 Oktyabr 2021, 13:00 Gömrük Komitəsi: Problem İran tərəfindən qaynaqlanır 19 Oktyabr 2021, 12:55 “Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA 19 Oktyabr 2021, 12:50 İcra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir 19 Oktyabr 2021, 12:47