21 İyun 2016, 13:08 | Ana Səhifə - Yazılar - Papanın canna
Papanın canna

Hidayət Elvüsal

(Parodiya)

 

- Xoş gördük, xanım, siz yenə də gözəlsiniz. Kökəlmisiniz həm də…

- Həm də intellektual səviyyəm artıb, pappamın canna!

- Əlbəttə, alimsiniz, çalışdığınız şirkətdə hörmətiniz var. Bazarın ruhunu tuta bilirsiniz və… müsahibəyə başlayaq.

- Davay!

- Nədən elmi nailiyyətlərinizdən çox şeyinizi … yəni məsələn geyim-keçiminizi, fiquranızı, maşınınızı nümayiş etdirirsiniz?

- Əzizim, bu gün kimin elmi nailiyyəti var? Hamı olanları, yazılanları təkrar edir.

- Bax, burada haqlısınız!

- Papamın canna! Baxın ekrana. Professorlar, hətta akademiklər şeir yazıb, oxuyurlar. Nədən? Çünki heç biri bir kəşfi ilə, yeniliyi ilə tanınmır. Nə etsin? Şeir yazsın, tanınsın. Desinlər ki, bu şair həmin o professordur, akademikdir. Mən də elə. Papamın canna!

- Halal olsun! Etiraf özü də…

- Za to, gündə bir şəkil çəkdirib qoyuram internetə. Deyirlər oyy daad…

- O gün maşınla…

- Maşın xəstə yerimdi. Əvvəllər özgələrinin maşınında gəzirdim. İndi özümünküdü. Ora gedirəm, bura gedirəm evdə tapılmıram ki, çəpər sərçəsinə dönmüşəm.

- Yəni quşa?

- Hə də! Xarici ölkələrdə də oluram.

- Yəni elmi konfranslarda-zadda.

- Elə bir şey. Gəzirəm, alış-veriş eləyirəm. Məhəbbət macəralarım olur.

- Yox, əşi!

- Papamın canna! Buralarda da girişən olur, amma xaricdə özgə aləm var. Səni tanıyan yoxdu.

- Yəni…

- Yox! Xaricilərlə  yox, papamın canna. İndi öz qruplarımızda da olur da valiklər.

- Nə?

- Valik! Yəni gəzəyən kişilər. Nə isə! Bir dəfə biri girişdi mənə. Böyrümə-başıma çox keçdi. Axır ki, dilə gəldi. Dedi qərib yerdəyik. Bəlkə bu gecəni birlikdə keçirək. Dedim vo pervıx mən elə qadın deyiləm. Titulum, vəzifəm, maşınım… Vo vtarıx belə şeylərdən başım gicəlir. Vo tretix, bundan mənim qazancım nə olacaq?

- …

- Arxasın danışım?

- Yox! Aydındır! Görünür sizin çox nazik, çox kövrək ürəyiniz var!

- Bilirsiniz, bu ürək məsələsi çox qəlizdir.

- Həm qəlizdir, həm də vacib – Allah rəhmət eləsin!

- Amin! Ürək… qabırğa kimi bir şeydir.

- M…m… bağışlayın, yəni.

- Qabırğa! Papamın canna! Ürəklə qabırğanın fərqi yoxdur. İkisinin ağrısı eyni olur.

- Başa düşmədim.

- Başa salaram. Fikir vermisənsə ağrıyan adam sinəsini, qabırğasını tutur. Niyə? Çünki ürəyini tuta bilməz axı. Amma qabırğa əlinin altındadır, ürək də onun altında.

- Yox e…

- Fikir verin. Qabırğanız sınanda nə baş verir? Nəfəs aldıqca ağrıyır. Ürək də elə! Papamın canna! Nə isə! Ürəkaçan şeylərdən danışaq.

- O gün internetdə şəklinizi gördüm. Maşınla…

- Həə! Birdən oturub gedirəm və şəkil çəkdirib qoyuram internetə – mən Masazırdayam! Birdən bir dəli damarım tutur, basıb gedirəm o tərəfə və «Mən Mərəzədəyəm!» yazıb şəkilləri paylaşıram. Papamın canna!

- Hmm. Mən deyirdim elmdən, sənətdən danışacağıq.

- Əzizim, mənim elmim bu! Sənətim bu, həyat tərzim bu! Bir zaman özümə söz vermişdim ki, həyatımı dəyişəcəm. Dəyişdim də! Hələ desən ərimi də. Onun acığına dəyişdiklərimi  də dəyişdim. Mənim həyat fəlsəfəm budur.

- Yox! İntellektual səviyyəniz çox yüksəkdir. Maşallah! Adınız gələndə deyirlər tarix üzrə fəlsəfə doktoru. Xarici ölkələrdəki simpoziumların birində səs-küy yaradan elmi çıxışınız olub. Rəhmətə getmiş dünya şöhrətli bir qadın haqqında.

- Hə, hə, yadımdadır.  Yolu keçəndə maşın vurmuşdu. Dəfnində də iştirak elədik. Simozium başlayanda bir qadın olaraq mənə söz verdilər. Tribunaya çıxdım. Fikirləşdim ki, elə bir söz deməliyəm ki, elm aləmində fırtına qoparsın.

- Nə dediniz, xanım?

- Dedim mərhumə eşşəklik eləyib yolun qadağan olunmuş hissəsindən keçib.

- Maşallah xanım, siz doğurdan alimsiniz.

- Doğrudan?

- Papanın canna!

- Qabırğamı köyrəltdin. Mənim telefon nömrəmi yaz. Sənnən də xoşum gəldi.

- Xanım, vo pervıx, mən elə deyiləm. Vo vtarıx belə şeylərdən başım ağrayır . Vo tretix mən səni nə hanısası vəzifəyə itələyib soxa bilərəm, nə də pul verə bilərəm.

- Yaxşı daa!

- Papanın canna!!!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Baş nazirin müavini 23 İyun 2021, 13:10 “Erməni xalqının dövlətçilik anlayışı yoxdur” – Rusiyalı ekspertlər OD PÜSKÜRDÜRLƏR 23 İyun 2021, 13:06 Goranboyda dövlət qulluqçuların peşə bayramı qeyd olunub 23 İyun 2021, 13:03 Sabah 42 dərəcə isti olacaq - əhaliyə günün altında qalmamaq tövsiyə olundu  23 İyun 2021, 13:00 İki informasiyada gizlənən kodlar: Erməni generalın bəyanatının PƏRDƏARXASI 23 İyun 2021, 12:56 Ağdamın Salahlı Kəngərli kəndi - VİDEO 23 İyun 2021, 12:52 Yanğına görə aeroport yolunda sürət həddi endirildi 23 İyun 2021, 12:48 Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR 23 İyun 2021, 12:43 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI 23 İyun 2021, 12:40 Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?