Modern.az

Sumqayıtda 29 obyektdə yoxlama aparılıb

Sumqayıtda 29 obyektdə yoxlama aparılıb

17 Sentyabr 2009, 19:30

Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər ərazisində yerləşən bir çox sənaye müəssisələrinin, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə son on gün ərzində ümumilikdə 29 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb. Modern.az Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib.  Obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalarrtçirilib. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qurunt və ya içməli su xətdindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
Sumqayıt şəhər Dezinfeksiya Stansiyası isə hazırda şəhərdə mövcud olan yoluxucu xəstələrin hospitalizasiyası və yoluxucu xəstəlik ocaqlarında dezinfeksiya işlərini həyata keçirir. Bundan əlavə stansiya tərəfindən 2 müalicə və 3 məktəbəqədər tərbiyə müəssisəsində cari dezinfeksiya, dezinseksiya, deratizasiya və sterilizasiya işləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir