İsveçdə parlament seçkilərinin ilkin nəticələrinə görə müxalif sol blok 49,4 faiz səslə hakim sağ blokdan cüzi fərqlə öndədir.
Modern.az xəbər verir ki, bu barədə İsveç Dövlət Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdə bildirilib.
Səsvermə bazar günü keçirilib və seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
İlkin nəticələrə əsasən, təxminən 6,6 min seçki məntəqəsindən 6,1 minində bülletenlərin hesablanmasından sonra sol-mərkəzçi müxalifət bloku 49,4 faiz səs toplayıb. Hakim sağ blokun göstəricisi isə 49,1 faizdir.
Seçkilərdə seçici fəallığı ilkin hesablamalara görə 80,4 faiz təşkil edib.
Müxalif sol-mərkəzçi bloka sabiq baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi İsveç Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya, Mərkəz Partiyası və Ətraf Mühitin Mühafizəsi Partiyası (“Yaşıllar”) daxildir.
Hakim sağ blokun tərkibində isə Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi Mülayim Koalisiya Partiyası, Xristian Demokratlar, Liberallar və hökuməti dəstəkləyən sağ-populist İsveç Demokratları Partiyası yer alır.
İsveç Demokratlarının blokun qələbə qazanacağı təqdirdə tarixdə ilk dəfə hökumətdə yer alması mümkündür.