21 May 2018, 10:33 | Ana Səhifə - Yazılar - Dünyanın sonu, əsl faciə
Dünyanın sonu, əsl faciə

Vüsal Bağırlı

İş yerini itirmək, işdən çıxarılmaq problemi – bu bir fobiyadır. Əslində işdən çıxma, daha yaxşı məşğulluq üçün bir trampilin rolu oynamalıdır. İnsanlar rahat olmalıdırlar. Belə şeylər psixoloji gərginlik yaratmamalıdır. Heç bir vətəndaş alternativ iş məkanı tapmaqda çətinlik çəkməməlidir.

Fəqət, bizdə necədir?

İşdən azad olunma dünyanın sonu anlamına gəlir. İş yerini itirmək əsl faciə kimi qarşılanır.

Qızların ailə qura bilməmək qorxusu, gənc qadınların ərə getməmək, evdə qarıyıb qalma fobiyası. Bu qorxu birbaşa cəmiyyətdən, ailədən, qonum-qonşudan, qohum-ərəbadan, tənədən, istehzadan yaranır.

20 yaşdan sonra qızın subay qalması bir çox ailələr üçün, ən əsası da həmin qız üçün dünyanın sonu anlamına gəlir. “Vaxtında ərə getməmək” əsl faciəyə çevirilir.

Övladlar bəlli bir yaşa çatırlar, yeni bir həyat mərhələsinə qədəm qoymağa hazırlaşırlar. Onların bərkə-boşa düşməyən həssas psixologiyaları,  “İti görüm, qurdu görüm diplomsuz övlad görməyim”, “Kəsilsən küçəyə necə çıxacaqsan?!” ,“Əsgər gedərsən ağlın başına gələr” və sair kimi təzyiqlərlə, aqressiv sözlərlə üz-üzədir.

Ali məktəbə qəbul ola bilməyən gənc üçün bu ölüm-dirim mərhələsinə, faciəyə çevrilir. Sanki, dünyanın sonudur, qiyamət günüdür.

Sumqayıtda, 9-cu mikrorayonda yerləşən 14 mərtəbəli binanın damından tullanıb intihar edənlərin sayı, son aylar ərzində artıq 3 nəfərə çatıb.

Sakinlər hər gün qorxu, təşviş içiərisində yaşamaqdan, həyətə düşərkən parçalanmış baş, ətrafa yayılmış qan ləkələri görməkdən bezdiklərini bildirirlər.

Bir vaxtlar, “Koroğlu” metrostansiyasının yanında yerləşən körpüdə də, dalbadal baş vermiş intihar hadisələri qeydə alınırdı. Lakin, sonradan, körpü nəzarətə götürüldü və bununla da belə hadisələrin baş verməsi dayandı.

Skandinaviya şəhərlərinin birində yerləşən adi, boz rəngli körpü də intiharların baş vermə məkanı kimi bədnam ad çıxarıbmış. Yəni problemlərlə, əzablarla, itgilərlə yüklənmiş insanlar, materiyanın “həyat” adlı mövcud olma formasından bezənlər oraya çıxıb özlərini dibsiz girdaba buraxırmışlar.

Şəhər meriyası müxtəlif ekspertləri, psixoloq və sosioloqları yığıb  iclas çağırır və problemin aradan qaldırılması üçün onlardan kömək istəyir. Bu zaman, bir arxitektor qeyri-adi təklif irəli sürür: “Körpünü əlvan rənglərlə boyayaq”.

Belə də edirlər və nəticə heyrət doğurur. Ölüm, intihar hadisələrinin kökü kəsilir.  

Deyirəm bəlkə, biz də bu psixoloji üsuldan istifadə edək, binaları küçələri, yolları, prospektləri rəngarəng çalarlara bürüyək, onsuz da, geyim və libaslarımızdan tutmüş, gündəlik əhval - ruhiyyəmizə qədər hər şey ala-bula, boz-qara rəngdədir.

Amma  əvvəlcə, hadisələrin kökündə dayanan problemləri yox etmək lazımdır.

Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTOLAR 10 May 2021, 12:10 İntibahımızın banisi 10 May 2021, 12:07 Kamran Əliyev baş həkimlərin həbsinə MÜNASİBƏT BİLDİRDİ 10 May 2021, 12:01 Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO 10 May 2021, 11:55 Sabahın hava PROQNOZU 10 May 2021, 11:50 Baş Prokuror “Tərtər işi”ndən DANIŞDI 10 May 2021, 11:45 Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi 10 May 2021, 11:40 Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu 10 May 2021, 11:33 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu 10 May 2021, 11:27 Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52