24 İyul 2018, 22:29 | Ana Səhifə - Yazılar - Zara da cəhənnəmə...
Zara da cəhənnəmə...

Fazil Mustafa,
Milli Məclisin deputatı

Son günlərin üç hadisəsinə verilən reaksiyalara diqqət edirəm. Ardıcıllıqla belə sadalamaq olar: Birincisi, erməni müğənni Zaranın Bakıdakı "Jara"ya gəlişinə etirazlar; İkincisi, Qubada ərəb turistə ağacın kölgəsində daldalanmağa 5 manat pul tələbinə təəccüb; Üçüncüsü, Yasamalda onlarla ağacın dibinə kimyəvi turşu (xalq arasında əzəldən buna "kislota" deyərlər) tökərək qurudulmasına heyrət.

Görəsən cəmiyyətimizin insanları üçün bu üç hadisədən hansı daha vahimdir?

Belə a
nlaşılır ki, əksəriyyət üçün bu hadisələrdən ən vahimi Zaranın "Jara"ya gəlməsi sayılır. Əlbəttə, erməniçiliyi təbliğ edən birisinin hansı statusla olursa olsun, kimin himayəsi ilə olursa olsun, Azərbaycana gətirilməsi amoraldır, yolverilməzdir. Adamın indiyədək Azərbaycanla bağlı hansısa müsbət məsajı yoxdur və bundan sonra da belə bir məsajı gözlənilmir, o halda cəmiyyətin heysiyyatı ilə oynamağa nə zərurət var? Xüsusilə də Gəncə hadisələrinin ajiotajı hələ gündəmdən qalxmamış cəmiyyətdə yenidən emosional ajiotajın yaranmasına nə lüzum var?

Ancaq yenə də bu hadisəyə bir keçici epizod kimi baxılmalıdır, çünki bir qərarla çözüləsi məsələdir və ümid edirəm ki, səlahiyyətli şəxslər ictimai rəyi nəzərə alıb bu yanlış addımı dayandıracaqlar.

İkinci məsələ də, yəni ağacın kölgəsidə daldalanmağa görə pul tələb edilməsi ölkənin turizm perspektivi üçün xoşagələn hal deyil, lakin bunu da o samovar qaynadan uşağa izah etmək mümkündür ki, Allahın kölgəsini özüəlləşdirmə, adamdan içdiyi çayın pulunu alıb yola salman daha doğru və əxlaqlı davranış olar.

Ancaq düzəlməyəcək, dəyişməyəcək, cəza ilə bərpa olunmayacaq məhz üçüncü hadisədir, üçüncü! Həmin hadisəni də erməni əsilli Zara törətməyib, hətta erməni əsilli Zara bizə düşmən olmasına rağmən bu hadisəni törətməz, bunu Azərbaycan vətəndaşı, öz azərbaycanlımız içi sızlamadan, ürəyi ağrımadan rahatlıqla, məsuliyyəsizliklə törədib və təbii ki, hansısa cəza almayacağına arxayınçılıqla törədib. Ağacın dibinə kimyəvi turşu tökərək məhv edənlərin bizə oxuduğu mənəviyyatsızlıq inanın ki, Zaranın hətta ermənicə, rusca bizə oxuyacağı mahnıdan daha ağır gələcək. Bu, ağacı kəsməkdən də daha dəhşətli qətliamdır, ağacı zəhərləyərək öldürmək bəlkə də dünyada analoqu olmayan bir vəhşilikdir və bu vəhşiliyi törədənlər də bizimlə bir ölkədə, bir səmanın altında rahatca yaşayırlar.

Zara da cəhənnəmə, turistdən kölgələnmək üçün tələb olunan 5 manat da cəhənnəmə, mahiyyət budur ki, gözümüzün önündə öldürülən bu ağacların artıq kölgəsi olmayacaq və bizlər də bu halımızla özümüzdən müştəbeh durumda ərəb turistlərin pintiliyindən, vəhşiliyindən hər gün ağızdolusu danışacağıq. Öz oturduğu budağı kəsməkdən də o tərəfə getmişik e...Artıq kölgəsinə sığındığımız ağacı zəhərləyib öldürürük. Bu kölgə olmayandan sonra heç o uşaq da kölgələnmək istəyən bir Allah bəndəsindən 5 manat pulu da istəyə bilməyəcək...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Soydaşlarımız Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz etdilər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?