29 İyun 2016, 23:49 | Ana Səhifə - Yazılar - “Brexit uğurunun” uğursuzluğu
“Brexit uğurunun” uğursuzluğu

Cavanşir Feyziyev,
millət vəkili, fəlsəfə doktoru

Bütün gözləntilərin əksinə olaraq Böyük Britaniyada keçirilən referendum “Brexit”i dəstəklədi. Seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs verdi. Səsvermənin sabahı günü səhər saatlarından etibarən Londonun müxtəlif məhəllələrində  toplaşan siyasi partiya liderləri – “Brexit”in tərəfdarları və əleyhdarları özlərinin sevinc və məyusluq hisslərini açıq –aşkar nümayiş etdirirdilər. İfrat sağçıları və millətçiləri təmsil edən, son 17 il ərzində dayanmadan ölkəsinin Avropa Birliyindən çıxmasını təbliğ edən UKİP lideri Naycel Farac toplaşanlara 23 iyun tarixini Böyük Britaniyanın müstəqillik günü kimi yadda saxlamağı tövsiyyə edirdi.  Az sonra partiya tərəfdaşları ilə keçirdiyi görüşdə isə göz yaşlarını kameralar qarşısında xüsusi həvəslə nümayiş etdirən Naycel Farac  yəqin ki, britaniyalıların taleyindən daha çox gələcək seçkilər üçün elektoratını genişləndirə bildiyini düşünürdü. N.Faracın davranışı və onun axıtdığı sevinc göz yaşları belə bir təsəvvür yaradırdı ki, dəstəklədiyi  siyasi avantürizmin belə asanlıqla uğur qazanacağına heç özü də inanmırmış.

Günortaya yaxın bütün vətəndaşların səbirsizliklə gözlədiyi Baş Nazir Devid Kemeron da məşhur Daun street,10 ünvanında kameralar qarşısında göründü. 2010-cu ildə hakimiyyətə gəlməzdən əvvəl  Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələrə yenidən baxılmasının vacibliyini önə çəkən  Devid Kemeron müzakirələrin getdiyi son 4 ayda yaxınlaşan təhlükəni hiss edərək artıq İttifaqda qalmağın vacibliyini təbliğ edirdi. Lakin bütün cəhdlər uğursuz oldu, “daldan atılan daş...” məntiqi özünü bir daha doğrultdu. Hakimiyyətdə olduğu 6 il ərzində davamlı olaraq  AB təsisatları ilə siyasi alver etməyə vərdiş etmiş Baş nazir Kemeron  öz ölkəsini  Avropa İttifaqının ən imtiyazlı üzvünə çevirməyə nail olsa da, sonda “su çanağı suda sınar” məntiqi qalib gəldi. Avropa İttifaqı ilə apardığı bütün təzyiq və şantaj siyasəti onun özünə baha başa gəldi və siyasi olimpdə qalmağın Britaniya centlemeninin davranış kodeksinə uyğun gəlməyəcəyini anlayan Kemeron istefa  verməli oldu.

İnamsızlıq və qeyri-müəyyənlik içində şaşırmış insanlar arasında  “Brexit’in uğurunu Apokalipsis və zəlzələ adlandıranlar da var. Lakin referendum hələ İttifaqdan çıxmaq üçün əsas deyil, onun nəticələri ölkə parlamentində təsdiq olunmalıdır. Son ümidini parlamentin qərarına bağlayan britaniyalılar  küçələrə axışaraq Britaniyanı Aİ-da qalmağa çağıran  Petisiyaya imza toplamağa başladılar. Cəmi bir sutka ərzində Petisiyaya imza atanların sayı 2 milyonu keçdi.

Avropa liderlərinin Böyük Britaniyadan dərhal müvafiq  prosedurlara başlamağı tələb etməsi Britaniya cəmiyyətində referendumun doğurduğu həyəcanı daha da artırır. Bu arada həm Şotlandiyada və həm də Şimali İrlandiyada yerli hökümətlərin başçıları Birləşmiş Krallığın tərkibindən çıxmaq və müstəqil şəkildə Avropa İttifaqına üzv olmaq haqqında öz referendumlarını keçirmək təşəbbüsü ilə çıxış edirlər. Vətəndaşlarının çox hissəsinin  Böyük Britaniyanın İttifaqda qalmasını dəstəkləmiş Şotlandiya və Şimali İrlandiya referendumun nəticələrinə görə haqlı olaraq  mərkəzi hakimiyyəti günahlandıırır və Londona təzyiqlərini artırırlar. Yüzilliklər ərzində Birləşmiş Krallığın tərkibində mövcud olmuş, zaman-zaman müstəqillik tələbi ilə çıxış etmələrinə baxmayaraq   heç zaman buna nail ola bilməmiş şotlandlar və irlandlar bu gün öz məqsədlərinə həmişə olduğundan daha yaxın görünürlər. Maraqlı olan isə Londonda “Brexit”i dəstəkləməyə çağıran siyasi liderlərin hadisələrin bu istiqamətdə inkişafını - yəni ölkənin parçalanmaq təhlükəsini öncədən ehtimal etməməsidir. Axı cəmi bir il öncə Şotlandiyanın sabiq hökümət başçısı Aleks Salmondun təşəbbüsü ilə keçirilən referendumda əhalinin 50 faizə yaxını Birləşmiş Krallığın tərkibindən çıxmaqla Şotlandiyanın müstəlliyinə səs vermişdi. O zaman səsvermə ərəfəsində Londonun yüksək çinli məmurları – Kemeron hökümətinin ağır çəkili nazirləri  həftələrlə Şotlandiyadan çıxmadan Birləşmiş Krallığın bütövlüyünü qoruyub saxlamaq üçün təbliğat aparırdılar. Nəticədə London bütün mümkün olan və olmayan güzəştlərə getməklə cüzi səs fərqi ilə  Şotlandiyanı Böyük Britaniyanın tərkibində saxlaya bilmişdi. İndi isə Şotlandiyanı öz tərkibində saxlamaq üçün Londonun əlində əlavə imtiyaz resursları tükənib. Müstəqillik refrebndumunun yenidən keçiriləcəyi halda Şotlandiyanın doğrudan da Birləşmiş Krallıqdan ayrılmaq ehtimalı çox yüksəkdir.

Şimali İrlandiyada da vəziyyət xoşagələn deyil. Şimali İrlandiyada müstəqillik uğrunda mübarizə aparan milliyətçi qüvvələr yenidən siyasi gündəmi öz nəzarətinə almağa çalışır və Sinn Fein hərəkatının rəhbərləri Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsini hədəfləyən referendumun keçirilməsini tələb edirlər. Əslində bu da gözlənilən idi. Birləşmiş Krallıqdan ayrılmaq və Şimali İrlandiya ilə birləşməyi qarşısına məqsəd qoymuş siyasətçilər və bu hərəkatın hərbi qanadını təşkil edən İrlandiya Respublika Ordusu onilliklər ərzində müstəqillik savaşını sürdürürdülər. Hələ 1905-ci yaradılmış Sinn Fein hərəkatı hal-hazırda Şimali İrlandiyada ikinci böyük siyasi partiyadır və Böyük Britaniyada irlandların və şotlandların, İspaniyada isə Kataloniyanın separatizm hərəkatını dəstəkləyir.   Bu günkü vəziyyət onlara da öz müstəqilliyini əldə etmək üçün ən əlverişli imkan kimi görünür və irlandların bu imkandan yararlanmaması təəccüblü olardı. Daha çox təəccüb doğuran isə Kemeron hökümətində “Brexit”i dəstəkləməyə çağıran siyasətçilərin bütün bunları öncədən görə  bilməməsi və ya görərək biganə qalmasıdır. 

Bütün bunlar ölkə daxilində fəallaşmış dezinteqrasiya proseslərinin ilk görüntüləridir və Londonun bu təzyiqlər qarşısında davam gətirə bilməsi və ölkənin bütövlüyünü qoruyub saxlamaya bilməsi çox müşkül görünür. Lakin problemlər bununla bitmir. Avropa İttifaqının liderləri də Londona təzyiqlərini artırır və Böyük Britaniyanın bu günədək İttifaqla münasibətlərində mövcud olan imtiyazlardan məhrum olacağını qaçılmaz hesab edirlər. Doğrudan da, Britaniya vaxtaşırı olaraq birlikdən çıxmaqla Aİ təsisatlarını təhdid etmış və nəticədə birlik üzvləri arasında ən çox imtiyazlara yiyələnmiş ərköyün dövlətdir. Belə bir üzv-dövlətin Birliyi tərk etməsi digər üzvlərin də tərəddüd etməsinə səbəb olar, İttifaqın uğurlu gələcəyinə inamı zəiflədə bilər və daha təhlükəlisi isə xoşagəlməz presedent yardada bilər. Bunun əlamətləri isə artıq görünməkdədir. Fransa millətçilərini təmsil edən Xalq Cəbhəsinin lideri Marion Lö Pen “Brexit” uğurundan ruhlanaraq artıq “Frexit” terminini siyasi gündəmə gətirmək təşəbbüsündə bulunur. Bu kimi təşəbbüslər dünya siyasi sisteminin ən mütərəqqi  hadisəsi sayılan Avropa Birliyi kimi unikal bir təsisatın siyasi dayaqlarını sarsıda bilər.  Bütün bunları yaxşı anlayan avropasentristlər İttifaqı tərk edən Böyük Britaniyanın  İttifaq üzvləri ilə iqtisadi münasibətlərində korrektivlərin dərhal edilməsini zəruri hesab edirlər. Avropa İttifaqının Nizamnaməsi bütün Birlik ərazisində vətəndaşların sərbəst hərəkətini, əmtəənin və kapitalın sərbəst dövriyyəsini nəzərdə tutur. Belə bir qarşılıqlı münasibətlər sistemi İttifaqa üzv olmayan dövlətlərin istehsal etdiyi mal və məhsulların Birlik ərazisinə rəqabətədavamlı qiymətlərlə idxal olunmasını əngəlləyir ki, bu da öz növbəsində İttifaq üzvlərinin  istehsal etdiyi məhsullar üçün daha əlverişli bazar imkanları yaradır. Bu imkanlardan məhrum olması Böyük Britaniya şirkətlərinin Avropa bazarına yolunu bağlamaqla onların ixrac imkanlarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Nəticədə böyük Avropa bazarına hesablanmış irimiqyaslı istehsal müəssisələrinin zəifləməsi  və hətta iflasa uğraması, çox saylı  iş yerlərinin itirilməsi, milli valyutanın zəifləməsi kimi fəsadlar ölkəni siyasi və iqtisadi böhran vəziyyətinə gətirib çıxara bilər. Bu kimi hadisələrin reallaşması Böyük Britaniyanın Birlikdən çıxma prosedurlarının həyata keçirilməsi ilə paralel olaraq baş verəcək. Bütün bunların baş verməsi isə Birləşmiş Krallığa yaxşı heç nə vəd etmir. “Brexit”in uğuru birdən-birə uğursuzluqların başlanğıcı kimi görünməyə başlayır.

Bu gün britaniyalıları düşündürən suallar çoxdur. Tərkibində İngiltərəni, Şotlandiyanı, Uelsi və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniya “Brexit”dən sonra öz böyüklüyünü qoruyub saxlaya biləcəkmi? “Brexit” Böyük Britaniya üçün siyasi zəlzələ effekti yaratdı. Bəzən zəlzələnin ardınca gələn avtoşoklar daha dağıdıcı və daha sarsıdıcı ola bilir.  Zəlzələ stressindən ayılmağa hələ macal tapmamış Böyük Britaniya gözlənilən siyasi “avtoşoklara” davam gətirə biləcəkmi? “Ziyanın yarısından qayıtmaq da xeiyrdir” düşüncəsi  ilə hərəkət edərək Avropa ailəsinə qayıtmaq London üçün nicat yolu ola bilərmi?

“Brexit”in uğuru Avropa Birliyi qarşısında da az suallar yaratmır. Bu suallar ilk növbədə “demokratiya”, “insan haqları” və “ədalət” kimi məsələlərdə Birliyin tez-tez nümayiş etdirdiyi qeyri-səmimiyyətlə, dünyanın müxtəlif ölkələrinə və xalqlarına qarşı münasibətlərdə ikili standartlarda çıxış etməsi ilə və eləcə də Avropa təsisatlarında bürokratikləşmənin get-gedə  dərinləşməsi ilə bağlıdır.

Bu kimi suallara birmənalı doğru cavab vermək hal-hazırda çox çətin görünür. Nə Britaniyalılar, nə   hələlik Devd Kemeronun rəhbərlik etdiyi hökümət, nə də Avropa Birliyinin özü bu suallara cavab vermək iqtidarındadır. Belə görünür ki, bu çətin sualların cavabını Əlahəzrət Zaman verəcək.

 

Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36 Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı 6 May 2021, 17:30 Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi 6 May 2021, 17:24