Modern.az

Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq 

Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq 

Aktual

6 Oktyabr 2026, 18:04

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən Modern.az-a bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?