Modern.az

Millimiz Yaponiyanı penaltilərdə məğlub etdi

Millimiz Yaponiyanı penaltilərdə məğlub etdi

İdman

Bu gün, 18:33

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, Rui Jorjenin çalışdırdığı yığma Yaponiyanın eyni yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Penaltilər seriyasında Azərbaycan 5:4 qalib gəlib.

Qeyd edək ki, təlim-məşq toplanışı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?