Modern.az

Rəşid Məmmədəliyev üçüncü oldu

Rəşid Məmmədəliyev üçüncü oldu

İdman

6 Oktyabr 2026, 19:01

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, o bürünc medal uğrunda görüşdə braziliyalı Daniel Karnini məğlub edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?