21Avqust | Ana Səhifə - Yazılar - Akif Cabbarlı
Akif Cabbarlı

Akif Cabbarlı

 

Həyat etüdləri

 

“BƏS, KEFLİLİYİMİ KİM GÖRƏCƏK, AXI?..”

 

Paytaxt yaxınlığındakı ucqar dağ kəndlərinin birində məclislərdə yeyib-içən, arada bir “Şirvan şikəstəsi” oxuyan cavan oğlan – şərti olaraq Hafiz adlandıraq – günlərin birində toy məclisində möhkəmcə dəmlənir. Görünür, arzulamadığı adamla üz-üzə oturubmuş, ya da ki, kimsə naqolay bir sözlə xətrinə dəyibmiş. Nə isə... Bunun səbəbini Hafizdən savayı dəqiq bilən yəqin ki, yoxdur. Sözümüzün canı başqadır.

Hə, bu Hafiz toyda möhkəmcə sərxoş olur. Anası bu vəziyyəti qıraqdan müşahidə edirmiş. Arvad dözmür, oğluna yaxınlaşır:

 

-Ay bala, başuva dönüm, gəl gedək məhləmizə. Anan sənə yaxşı bir çolpa çığırtması hazırlasın, dükandan da bir şüşə araq aldırım, ye, iç, uzan yat balkonumuzda. Sərinlən özün üçün. Bu qarışıqlıqda ürəyin sıxılacaq, vallah.

 

Hafiz anasının sözünü dərindən, içindən gələn hıçqırıqla qarşılayır:

 

-Ana, mən sənin başuva dönüm, gedərəm ey, amma hələ camaat indi-indi yığılır. Tutaq ki, getdim evə, sən yemək-içmək verdin, mən də bala-bala vurub, yıxılıb tir-tap yatdım. Noolsun ee, axı, onda kim görəcək ki, bu qara lələş, sənin birdənən, kəndin yaraşığı Hafiz dəmdür, hə?.. Piyanluğuvu ki, görmədilər, daha nə ləzzəti, a başuva dönüm sənin?...

 

BİZƏ “XADİMƏÇİ” LAZIMDIR, YOXSA?..

 

Kafe-çayxana işlədən bir həmyerlim obyektin qapısına bir elan yazdırb vurdurmuşdu ki, bəs, təcili bura bir “xadiməçi” (?) qadın tələb olunur. Həmyerlimi başa sala bilmirdim ki, bu “tələb olunur” ruscadan tərcümədən gələn xoşagəlməz bir ifadədir. Əgər sənə işçi lazımdırsa, elə “lazımdır”, “ehtiyacımız var” və s yumşaq ifadələrdən istifadə daha xoş olmazdımı? Sonra da ki, necə yəni “xadiməçi”? Xadimə sözünün sonluğuna zorla “çi” şəkilçisi yapışdırmağa lüzum varmı? Bu da ona oxşayır ki, birindən soruşursan işləri necə gedir, qayıdıb cavab verir ki, heç nə, “zəifçilikdir”. Bax, dilimizin başına oyun açanların arasında belə nadan işbazlar da az deyil.

Nə isə... Həmyerlimizdən soruşdum ki, atan vaxtilə kolxozda nə işləyib? Cavab verdi ki, traktorçu. Dedim yox, yaxşı fikirləş, o kişi traktorçuçu işləyib, mənim rəhmətlik əmim də ömür boyu neftçiçi olub mədənlərdə. Kişi təəccüblə gözlərini döydü. Mən də ki, deyilənə görə, yazıçıçı-publisistəm sözləri onu az qala lap dəli eləyəcəkdi. Amma səbrini basmalı oldu. Sonra divara yapışdırılmış elanı cırıb, administratora təpindi:

 

-Ay uşaq, mənə “xadiməçi” yox, “xadimə” lazımdır, başa düşdünüz?!

 

“BƏLKƏ YALAN DEYİRƏM, HƏ?..”

 

Həyətdə bir qonşumuz var. Bu tösmərək adam heyvərəliyi, çənədən möhkəmliyi ilə əməlli-başlı ad çıxarıb. Yaxandan yapışdı, əl çəkən deyil. Təcili nə işin varsa, təxirə salmalısan. Söhbətin birini kəsir, o birini başlayır. Hər dəfə də “bəlkə yalan deyirəm, kişi?” deyə qarşısındakını dilemma qarşısında qoyur. Nə biləsən, haradan öyrənəsən ki, yalan deyir, yoxsa düz? Şəxsən mən mızıldayıram hər dəfə, qeyri-müəyyən cavabla canımı qurtarmaq istəyirəm. Bəzən alınır, bəzən yox. Həyətdəki adamların hamısı elə mənim vəziyyətimdədir. Yaxamızı bu adamın əlindən necə qurtarmaq yollarını çox axtarsaq da, bir əlac tapmırdıq.

Bir gün həyətimizdə bir taksi maşını peyda oldu. Məlum oldu ki, sürücüsü ailəsi ilə bizim binada kirayədə qalacaq. Adama yovuşmaz, az danışan, konkretliyi sevən insan təsiri bağışlayırdı. Heyvərə adam (yəni ki, baltun – A.C.) yeni ov yeri eləmiş ovçu kimi bu kişiyə cumdu, nə cumdu. Hər sözün başında “bəlkə yalan deyirəm, kişi?” müraciətini eşidən taksi sürücüsü bir gün həyətdəki talvarın altında bütün olub-keçənlərə əməlli-başlı bir nöqtə qoydu.

 

-A kişi, sənə fikir verirəm, neçə vaxtdır bu camaatın zəhləsini tökmüsən. Bilmək istəsən, qoy deyim, mən bura gələndən, sən elə bir ucdan yalan deyirsən. Məndən zorla söz qoparma ki, guya düz danışırsan. Qaldı ki, əvvəlki dövrə, qoy, bu camaat açıq desin, desinlər ki, sənin bircə sözünə də varsa, inanıblar, yoxsa yox?

 

Heyvərə adam o gedən getdi. Görünmür. Bilmirik evini dəyişdi, yoxsa xəstəxanadadır?..

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovun internetdə olmayan MÜSAHİBƏSİ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı yadigarı 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44