Modern.az

Tokayev Putinə zəng edib

Tokayev Putinə zəng edib

Dünya

21 Sentyabr 2026, 08:19

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinə telefon zəngi edib.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tokayev Vladimir Putini Rusiya Dövlət Dumasına keçirilən seçkilərin uğurla başa çatması münasibətilə təbrik edib. Qazaxıstan lideri vurğulayıb ki, səsvermənin yekunları Rusiya cəmiyyətinin Putinin həyata keçirdiyi strateji kursa olan geniş inamını və dəstəyini növbəti dəfə sübut edir.

Söhbət zamanı tərəflər həmçinin iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!