19 Oktyabr 2021, Çərşənbə axşamı
14 Sentyabr 2018, 13:03 | Ana Səhifə - Yazılar - Hətəmin dəyişməz marşrutu
Hətəmin dəyişməz marşrutu

Akif Cabbarlı

 

N rayonundakı fermer təsərrüfatlarından birinin rəhbəri xeyli pullanandan sonra gözü qızır, fikirləşir ki, niyə də hallıca-dulluca gözəllərdən birini özünə sevgili eləməsin? Kənddə iki malikanəsi, rayon mərkəzində villası, paytaxtda üç mənzili, xeyli pulu, maşınları, daha nələr-nələr... Uşaqları da böyüyüb, ali məktəbdə oxuyurlar. Bir arvadla ömür-gün çürütmək Hətəm kimi kişiyə yaraşmazdı, axı...

Bəli, dırnağı ovcuna batmış bu adam yaxın ətrafını nəzərdən keçirir. Gəlir S. xanımın üstündə durur. Əvvəlcə ona süddən-qatıqdan, meyvədən-zaddan göndərir. Xanım qəbul edir. Sonra ad gününü öyrənib, bu tənha qadına əməlli-başlı sovqat, üzə çıxarılası pay da çatdırır. Günlərin birində bir bəhanə ilə özünü xanımın həyətinə də salır. İşsiz qadına yağlı vəzifə möhürü vurulmuş əmək kitabçası təqdim edir və bildirir ki, hər ayın başında maaşını köçürəcək, bank kartını da özü gətirib verəcək.

Xanım dinmir və hər şey yekdilliklə, qarşılıqlı anlaşma şəraitində həll olunur. Bu məsələ Hətəmin haqqı-halal arvadının qulağına çatır. O da kişini güdməyi, hadisə başında tutmağı qərara alır. Qonşudan on beş yaşlı Vüqarı yanına çağırır və ona üstüörtülü tapşırıq verir ki, sən Hətəmi evdən çıxan vaxtlar güdməli, hara getdiyini, kiminlə görüşdüyünü mənə xəbər verməlisən. Sonra çıxarıb ovcuna bir onluq da basır ki, bu da sənin şirinliyin.

Vüqar da bir bicbala uşaqmış. Hətəmi güdəndə qəsdən “quş buraxır” ki, kişi duyuq düşsün. Belə də olur. Sahibkar Vüqarın qabağını kəsib soruşur ki, niyə gecə-gündüz məni qarabaqara izləyirsən?

Yüngül çək-çevirdən sonra uşaq xanımın tapşırığını deşifrə edir, məsələni açıqlayır.

Kişi Vüqarın qulağını yüngülcə çəkib, cibinə iyirmi manatlıq əskinası basıb deyir:

-İndi sənə məlum oldumu ki, kimə işləyəcəksən? Hər həftənin axırı bu məbləği məndən alacaqsan. Gedib bizim xanıma da de ki, Hətəmin bircə marşrutu var; ev-idarə. Başa düşdün, adə?!
 

 “Mənim işçim...”

 

Qonşuluqda bir oğlan yaşayır – adı Qismətdir. Baməzəliyi ilə ad-san qazanıb. Gopçuluğuna da ki, söz ola bilməz. Harada bir yenilikdən, abadlıq işlərindən söz düşür, deyir ki, bəs, mən tapşırmışam, mənə görə eləyirlər. Heç eşitməmişik harada işləyir, hansı imkanları var, amma elə düzüb-qoşur ki, az da olsa, inanmaya bilmirsən. Bir şakəri də var, kimin adını çəkirlər, dərhal deyir ki, o adam mənim işçim olub. Bir az cavanını, xüsusən qızları görəndə də bildirir ki, hazırda onun işçisidir. Tanıdığım vaxtdan, yalan olmasın, azından yüz adamı “işçisi” elan edib. Özünün isə hansı quruma rəhbərlik etdiyini soruşanda düz-əməlli cavab vermir, qatıb-qarışdırır, adamı çıxılmaz labirintə salır.

Bir dəfə qonşularımızdan biri onu başa salmağa çalışdı ki, bəs, kimisə “işçim” olub deyə aşağılamaq etik normalara uyğun deyil. Heç xanlıq, bəylik dövründə də kimisə “mənim nökərimdir” deyə nişan verməyiblər. Sadəcə demək olar ki, filankəslə bir yerdə işləmişik, bərabər çalışmışıq. Belə də demək mümkündür ki, filankəs mənim rəhbərlik elədiyim təşkilatdandır və s. və ilaxır. Çünki adamlar hansısa fərdin, şəxsin deyil, müvafiq təşkilatın, qurumun işçisi sayıla bilər.

Bu cür yumşaq ifadələr Qismətin beyninə heç cür batmadı ki, batmadı. Günlərin birində isə zarafatcıl qonşulardan biri ortaya bir söz atdı ki, bəs, məni çox imkanlı, gəlirli vəzifəyə təyin edirlər. İstəyirəm sizləri də cəlb edim, rahat çörək qazanın, mal-mülk sahibi olun.

Qismətin gözləri işıldadı.

-Məni də götürərsənmi, eloğlu?

-Niyə də yox? Sənin kimi sözəbaxan, üzüyola işçim olsa, başa düş ha, işçim olsa, özümü çox xoşbəxt hesab edərəm.

Qismətin rəngi avazıdı, dodaqları səyridi.

-İşçi deyəndə, yəni ki...

-Hə, elədir, səndən yaxşı işçi çıxar mənə, işçi deyirəm ha, sənə elə müdirlik edərəm ki, gecən gündüzə, gündüzün də gecəyə çevrilər.

O gündən sonra Qismət daha heç kimi göstərib qürrələnmirdi ki, bəs, filankəs mənim işçim olub. Bu sözü bir dəfəlik leksikonundan çıxarmışdı. 

Badımcan əhvalatı 

 

Bu yaxınlarda Ağdaşda mənə bir əhvalat danışdılar. Oxucular üçün də maraqlı olduğunu düşünüb, yazmağa qərar verdim.

Deməli, şərti olaraq Ağasəf adlandırdığım kişi günlərlə nahara badımcan bişirən xanımının menyusuna heç cür dəyişiklik etməyi bacarmırmış. Əti, çolpanı, balığı bir yana qoyub, elə hey badımcan bişirən ev sahibəsi Ağasəfin canını boğazına yığıbmış.

-A kişi, bilirsən bu badımcanda neçə cür vitmanin var? Uşaqlar internetdə oxuyub, mənə də göstəriblər. Nə görmüsən ey bu ətdə, canavar-zadsan?

Arvadının hər dəfə işlətdiyi bu ifadələr Ağasəfin xətrinə dəysə də, nəyinsə xatirinə üzə vurmazmış.

Axırı ki, kişi bir gün fikirləşib, bu məsələyə bir əncam çəkməli olur. Hamı yatandan sonra camışlarını, inəklərini buraxır tərəvəz sahəsinə. Deyir, qoy heyvanlar gecə səhərədək dirrikdə nə var, nuşcanlıqla yeyib kefə baxsınlar, arvadın da sözü kəsilsin. Daha dar macalda bazara gedib, badımcan alası deyildi ki...

Bəli, səhər açılır, ev sahibəsi başına-gözünə döyə-döyə Ağasəfi səsləyir:

-A kişi, mal-qara tərəvəzdə şinnik qoymayıb, dur gəl, özün də gözlərinlə gör. Dirriyin qapısını kim açıq qoyub görəsən?

Ər-arvad bir yerdə sahəni addım-addım gəzib, heyvanların vurduğu ziyanı hesablayırlar. Mal-qara tərəvəz yerində nə varsa, həzm-rabedən keçirmişdilər, bircə badımcandan savayı.

-Hə, arvad, necədir səninçün? Sənin bu badımcanlarını heç camışlar da bəyənib yeməyib, amma sən hər gün bunları zorla soxursan gözümə. İndi belə elə, günortaya yaxşı bir badımcan qızartması hazırla, özü də nazik dilimlərdən qarğıdalı yağı ilə qızart. Mən də bir araq alım, qaynatamı da çağırım, oturub nuş eləyək sənin sağlığına...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
II Qarabağ Müharibəsində məhv edilən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06 İİV xəstələrinin 70 faizi KİŞİLƏRDİR 19 Oktyabr 2021, 13:00 Gömrük Komitəsi: Problem İran tərəfindən qaynaqlanır 19 Oktyabr 2021, 12:55 “Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA 19 Oktyabr 2021, 12:50 İcra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir 19 Oktyabr 2021, 12:47 Cüdo Federasiyası Elmar Qasımova CAVAB VERDİ: “Yarım milyon mükafat almısan...” 19 Oktyabr 2021, 12:44