Modern.az

SEPAH komandiri yeni hücumların tarixini açıqladı

SEPAH komandiri yeni hücumların tarixini açıqladı

Dünya

Bu gün, 17:50

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ni hədələyib.

Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Böyük Tehran üzrə komandanı briqada generalı Həsən Həsənzadə açıqlama verib.

O, ölkənin müdafiə və hava hücumundan müdafiə mərhələsini başa vurduğunu, hazırda isə hücum əməliyyatlarının astanasında olduğunu bildirib.

Həsən Həsənzadə SEPAH-ın “Məhəmməd Rəsulullah” diviziyasının xüsusi təyinatlı bölmələrinin təlimləri zamanı çıxış edib. O, 12 günlük müharibə, “Ramazan müharibəsi”, Hörmüz uğrunda döyüşlər zamanı həlak olanların, həmçinin 27-ci diviziyanın döyüşçülərinin xatirəsini yad edib.

“Biz müdafiə və hava hücumundan müdafiə qarşıdurması mərhələsini geridə qoymuşuq və bu gün hücum əməliyyatlarının astanasındayıq. Bu, dönüş nöqtəsidir və onun nəticələrini düşmənlər tezliklə hiss edəcəklər”, - deyə Həsənzadə bildirib. O, xüsusi və sürətli əməliyyatlar üçün nəzərdə tutulan hücum qruplarının, bölmələrin və diviziyaların yaradıldığını da açıqlayıb:

“Bu gün biz ən qısa müddətdə ölkənin istənilən nöqtəsində olmağa və istənilən şəraitdə düşməni məhv etməyə hazırıq. “Canfada-ye İran” adlı genişmiqyaslı hərbi təlimləri keçirilib.Təlimlərdə 313 min nəfər iştirak edib. İran təqviminə əsasən 27 Şəhrivara, yəni sentyabrın 18-nə təsadüf edən tarixdə dünya İran xalqının təşkilatlanmış və güclü iştirakının şahidi olacaq.İran Silahlı Qüvvələri hazırda əvvəlkindən daha güclüdür. Hörmüz boğazına nəzarət İran xalqının əlində qalır. İran qlobal güc balansını müəyyən edən dörd qüvvədən biridir və sentyabrın 18-də İslam Respublikası gücünü dünyaya nümayiş etdirəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...