Modern.az

Milli Ensiklopediyanın xüsusi cildinin 25 min nüsxəsi dövlət orqanlarına paylanılıb

Milli Ensiklopediyanın xüsusi cildinin 25 min nüsxəsi  dövlət orqanlarına paylanılıb

Mədəni̇yyət

23 Sentyabr 2009, 16:53

Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamının icrası istiqamətində işlər davam etdirilir. «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzindən Modern.az-a verilən məlumata görə, 2008-ci il yanvarın 23-də təqdimatı olan Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlı xüsusi cildinin 50 min nüsxəsindən 25 mini artıq dövlət qurumlarına paylanılıb. Yerdə qalan 25 min nüsxə isə satışa çıxarılıb. Xüsusi cildin bir nüsxəsi 30 AZN-ə satılır. Azərbaycan Milli Ensiklopediyasının 25 cilddə nəşr etmək nəzərdə tutulub. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və elminə dair məlumatların öz əksini tapacağı yeni ensiklopediyaya bəzi dünya dövlətləri və tarixi hadisələrlə bağlı bilgilər də daxil ediləcək. Milli ensiklopediya 100 mindən artıq termini əhatə edəcək. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi çoxcildli universal Milli Ensiklopediyanın “A” hərfinə aid olan I, II cildlərini çapa hazırlayıb. Almaniyada çap olunacaq Milli Ensiklopediyanın nəşri ilə bağlı sadəcə texniki işlər qalır. Ola bilər ki, “A” hərfinə aid olan I, II cildlər ilin sonunadək ölkəyə gətirilsin. «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzi hazırda «B» hərfinə aid cild üzərində işləyir

                                  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir