Modern.az

Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

Ölkə

Bu gün, 15:20

Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir. 

“Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, xarici işıq cihazlarından düzgün istifadə etmək, eləcə də səfər öncəsi avtomobilin texniki vəziyyətinə, xüsusilə şinlərə və şüşəsilənlərin sazlığına diqqət yetirmək xahiş olunur.

Unutmayaq ki, dəyişkən hava şəraitində təhlükəsizliyin əsas şərti sürücünün vəziyyətə uyğun davranması və ehtiyatlı hərəkət etməsidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı