Ağdam rayonunun Şelli kəndində kəhriz quyusundan kişi meyiti aşkarlanıb.
Modern.az xəbər verir ki, araşdırma zamanı meyitin Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Müşfiq Aqil oğlu Hacıyevə məxsus olduğu müəyyənləşdirilib.
İlkin məlumata görə, Müşfiq Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Mərhumun Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.