9 Oktyabr 2018, 11:56 | Ana Səhifə - Yazılar - Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər
Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər

Fazil Mustafa,
Milli Məclisin deputatı

İlin Nobel mükafatlarının hansısa nominasiyasında qaliblərin içində yenə də müsəlman və türk adlarına rast gəlmədik. Nobel komitəsinin qərəzliliyi, islamafobiya və türkəfobiyası onsuz da dillər əzbəridir. Sonuncu dəfə səhv etmirəmsə bizimkilərdən Əziz Sancara bu adı vermişlər. Onun da bəxti gətirib ki, öz tədqiqatlarını ABŞ laboratoriyalarının birində aparıb. Necə ola bilir ki, bu bədxahlar Əfqanıstanda yeni texnologiya ilə əkilən həşiş tarlalarını görmür. Pakistanda yeni qurğularla partladılan məktəb və məscidləri görmür. Bizim arealda yeni çarpaz zincirləmə üsulu ilə başını yaranları görmür. 21-ci əsrdə hələ də İsrailin modern texnikasına qarşı yeni daş atma texnikasını tətbiq etmiş ərəbləri görmür. Türkiyədə və Azərbaycanda başını ziyarətgahların daşına sürtməklə sağalan insanların kəşf etdiyi yeni tibb metodunu görmür. Yüzlərlə belə uğurlu kəşflərimizi əlbəttə görürlər, sadəcə görməzdən gəlirlər.

Fizika üzrə 96 yaşlı qocaya götürüb Nobeli verdilər, halbuki, həmin xristian qoca bizdə əksəriyyəti parklarda 60-dan sonra vaxtını öldürən ağsaqqallarımızla nə domino, nə də nərd oynaya bilər. İnanın ki, zərin üstünə qoyub o qocanı NASA-nın raketlərindən də böyük sürətlə havaya fırladarlar.

Hərdən fikirləşirsən ki, biz niyə gül kimi hicri təqvimini qoyub, özümüzü soxuşdumuşuq miladi təqvimə... Mütləq qayıtmalıyıq hicri təqvimə. Modern dünya ilə bu cür mənasız mübahisələr aparıb ümidsizləşməmək üçün hicri təqviminə qayıtmaqdan başqa çıxış yolumuz yox. Çünki özümüzü 21-ci əsrdə hər dəfə İlon Mask havaya raket fırladanda çox rahatsız hiss edirik. Bir də Nobel mükafatını paylayanda yadımıza düşür ki, biz türkük, biz müsəlmanıq və 21-ci əsrin dünyasında özümüzü sehirli xalatla gəlmiş xan kimi hiss edirik. Axı biz yaşamaq istəyirik. Bir canlı üçün hansı əsrdə yaşamanın fərqi varmı?

MÜƏLLİFİN DİGƏR YAZILARI
Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10 Agentlikdən xəbərdarlıq - Tərəvəz məhsulları arasında təhlükəli virus yayılır 3 Avqust 2021, 15:04