Modern.az

Şükürbəyliyə qayıdış: 25 ailə yeni evlərinə köçdü - GÖRÜNTÜ

Şükürbəyliyə qayıdış: 25 ailə yeni evlərinə köçdü - GÖRÜNTÜ

Aktual

10 Sentyabr 2026, 16:03

Sentyabrın 10-da doğma yurdlarına yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

Modern.az xəbər verir ki, bu mərhələdə kəndə köçürülən 154 nəfərdən ibarət 25 ailəyə yeni mənzillərinin açarları təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?