Modern.az

Xüsusi şərait yaradılan imtahan iştirakçılarının sayı 7 dəfə artıb - DİM sədri

Xüsusi şərait yaradılan imtahan iştirakçılarının sayı 7 dəfə artıb - DİM sədri

Təhsil

Bu gün, 17:18

2026-cı ildə sağlamlıq imkanları məhdud və inklüziv təhsil alan 929 nəfər üçün xüsusi imtahan şəraiti yaradılıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, 2016-cı ildə belə iştirakçıların sayı 132 nəfər olduğu halda, 2026-cı ildə 929 nəfərə çatıb.

Təkcə bu il 505 nəfər ehtiyacına uyğun xüsusi şəraitin yaradılması üçün əvvəlcədən DİM-ə müraciət edib. İxtisaslaşmış internat məktəblərinin buraxılış siniflərində oxuyan 274 şagird üçün isə imtahan təhsil aldıqları müəssisələrdə təşkil olunub.

Müraciət edənlər arasında görmə və eşitmə məhdudiyyəti, serebral iflic, autizm, epilepsiya, şəkərli diabet və digər xəstəlikləri olan şəxslər, həmçinin əlil arabasından istifadə edən iştirakçılar yer alıb.

Məleykə Abbaszadənin sözlərinə görə, iştirakçıların fərdi ehtiyaclarından asılı olaraq onlara əlavə vaxt verilir, xüsusi təlim keçmiş nəzarətçi və ya surdoköməkçi ayrılır. Xarici dil üzrə dinləmə mətnləri yazılı tapşırıqlarla əvəz oluna, uyğun bina, mərtəbə və xüsusi stol-stul seçilə bilər.

Zəruri hallarda iştirakçıların eşitmə cihazı, lupa, şəkər pompası və digər tibbi vasitələrlə imtahana daxil olmasına da şərait yaradılır.

“İmtahanın nəticəsi hər kəs üçün eyni meyarlarla müəyyənləşir. Biz isə həmin nəticəyə gedən yolda heç kimin qarşısında maneə qalmamasına çalışırıq”, – DİM sədri vurğulayıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...