29 Oktyabr 2018, 12:01 | Ana Səhifə - Yazılar - Zimbala Tacbala
Zimbala Tacbala

Mülatif Adurov,
telejurnalist


Əsil adı Tacəddin idi. Qonşuluqda hamı onu “Tacbala” adı ilə çağırırdı. Məhəllə cavanları ilə həyətdə nərd-domino, loto oynayardı.


Günlərin birində eşitdik ki, Tacbala ali təhsil alıb, tibb işçisi olub. Təcili yardım stansiyasında (o vaxtlar belə adlanırdı) feldşer işləyir, çağırışa gedən həkimlərin çemodanını daşıyır.


Bu da uzun sürmədi. Xəbər gəldi ki, Tacbalanı tibbi yardım stansiyasına müdir qoyublar. Buna inanmadıq. Sən demə, doğru imiş. Bir neçə gün pay-piyada işə gedib-gələn Tacbala tezliklə köhnə bir “Zim” təcili yardım maşınında oturdu. Onun vəzifəsinə xidməti maşın düşmürdü. Həmin maşını öz hesabına təmir etdirmişdi, cibindən maaş verib özünə sürücü də tutmuşdu. Belə təsəvvür yaratmışdı ki, stansiya rəisidir, xidməti maşını və sürücüsü var...


Beləcə, hər gün səhər saat doqquzun yarısında “Zim” gəlib qapıda dayanırdı, Tacbala arvad-uşağı ilə balkonda dayanıb maşınına baxardı. Haradasa saat 10-11 radələrində düşüb “Zimə” minərdi.


Axşamlar evə qayıdanda  da “Zim” həyətdə dayanar-dayanmaz yaşlı sürücü (bəlkə də atası yaşında) maşından düşüb sağ tərəfdən arxa qapını açar, “xozeyninin” qolundan tutaraq düşürərdi. Tacbala səkinin üstündə xeyli dayanıb binaya baxardı – görsün onu görən var ya yox. Bəzən isə yalandan kiməsə əl eləyib salam verərdi. Nərd-domino dostları ilə heç salamlaşmazdı. Tacbala bloka girəndən sonra sürücüsü onun əl boyda dəri qovluğunu, hərdən bir isə kağız torbada təndir çörəyini 3-cü mərtəbəyə qaldırardı.


Tacbalanın (daha onu Tacbala yox Zimbala deyə çağırardılar) bu ədası məhəllə cavanlarını (məni də) hiddətə gətirmişdi.


Amma mən bunun bədəlini çıxdım.


Evə gəlib təzəcə şam yeməyinə başlamışdım ki, Zimbalagildən qışqırıq qalxdı. Tez aşağı mərtəbəyə düşdüm. Qızları qabağıma qaçıb “Atamız anamızı aynabənddən yerə atmaq istəyir” dedilər.

Mənə də bu məqam lazım idi. Fürsəti əldən verməyib dalaşan ər-arvadı aralamaq bəhanəsi ilə Zimbalanın üstünə düşdüm. Nə yemisən, turşulu aş – yumruğa keçdim, çənəsinə, qarnına yumruqlar döşədim, Zimbalanın əl-üzü qana bulaşdı. O birdən ayıldı.

-        Neyləyirsən, məni niyə döyürsən?

Mən də səhvimi başa düşüb: - Zimbala, ayıbdır, qonşular baxır, özünü yığışdır, arvadını atıb öldürsən həyat yoldaşın olmayacaq.

-        Arvad qəhət deyil.

-        Səni həbsxanaya salacaqlar.

-        Mənə heç kim heç nə edə bilməz, müdir adamam. 

-        Qızların qalacaq yetim.

-        Qızlarım öz başlarını dolandıracaqlar.

Dərhal başqa taktikaya keçdim:

-        Şan-şöhrət, vəzifə sahibisən, işdən qovacaqlar ...

Axırıncı cümlə onu yamanca tutdu. “İşdən qovacaqlar” sözlərinə, elə bil, ayıldı. Əlimi sıxıb mənzilə keçdi.

Mənzillərindən sakitlik duyulsa da qulağım səsdə idi – yenə mərəkə qopacaq. Ancaq bunlar olmadı. Ər-arvad da, qızları da “Biz mehriban ailəyik” mahnısını oxuyurdular. Qapı-pəncərəni də açıq qoymuşdular ki, qonşular eşitsinlər.

Bəli, vəzifə qudurğanlığının fəsadlarını vəzifə hərisliyi tərgitdirir ...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Lavrovdan NATO-ya ETİRAZ 2 Dekabr 2021, 14:51 Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır - Çavuşoğlu 2 Dekabr 2021, 14:33 ATƏT PA sədri Ermənistan və Azərbaycana çağırış etdi 2 Dekabr 2021, 14:28 “SOCAR Petroleum”da yeni baş direktor TƏYİNATI 2 Dekabr 2021, 14:22 Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı 2 Dekabr 2021, 14:17 Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 “Bayraktar”lar havaya qaldırıldı - VİDEO 2 Dekabr 2021, 14:06 Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı AÇIQLANDI 2 Dekabr 2021, 14:00 Narkokuryerə hökm oxundu 2 Dekabr 2021, 13:55 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?