Modern.az

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb

Hadisə

12 Sentyabr 2026, 03:39

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Ramilə İldırım qızı Seyidcanovanı yolu keçərkən avtomobil vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC