Modern.az

Tramp bu şəxslərə 5 min dollar veriləcək

Tramp bu şəxslərə 5 min dollar veriləcək

Dünya

12 Sentyabr 2026, 02:35

ABŞ Prezidenti Donald Tramp ölkədəki bütün yetkin şəxslərə 5 min dollar məbləğində “Tramp dividenti” veriləcəyini bir daha təsdiqləyib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media hesabında paylaşım edib.

“5 min dollarlıq dividend veriləcək, çünki ölkəmizin insanları buna layiqdirlər. Mən nəsə deyirəmsə, onu edirəm”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp bu təşəbbüsün ölkəyə daxil olan böyük həcmdə investisiya və iqtisadi gəlirlər hesabına maliyyələşdiriləcəyini qeyd edib. O, planı tənqid edən demokratlara cavab olaraq daha əvvəl hərbçilərə 1776 dollar məbləğində ödəniş verilməsini nümunə göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...