31 Oktyabr 2018, 13:27 | Ana Səhifə - Yazılar - Dərd yeridi üstümüzə
Dərd yeridi üstümüzə

Hidayət  ELVÜSAL

 

Vətən həsrətiylə can verənləri
Soyuqməzarlaradüzürük, eydost

 

Bir ailənin sonuncu yadigarını, nişanəsini də itirdik. İnqilabı deyirəm. Əminəvəsini, bacıoğlunu. Atası Nurəddin mühəndis idi. Hələ Kəlbəcərdə ikən avtomobil  qəzasında dünyasını dəyişdi. Bir körpə uşaq yetim, bir qadın dul qaldı.

Sonra müharibə başlandı. Qarabağ müharibəsi. Ömrünü, gününü tək balasını böyütməyə, oxutmağa sərf edən Zərifə o zaman Kəlbəcər Mərkəzi Xəstəxanasında təsərrüfat üzrə tibb bacısı işləyirdi. Hamı ona hörmətlə  yanaşardı, o da hamıya.

Müharibə  artıq yaşlanmış o qadının olan-qalan xəyallarını, arzularını da puç elədi. Yaralı əsgərlərimizə analıq elədi. Şəhidlərimizə ağı dedi, ağa bələdi. Orada çalışan həkimlər indi də Zərifədən hörmətlə, ehtiramla danışırlar. Xəstəxanada yer qalmayanda o, yaralı əsgərlərə öz evində qulluq edər, yaralarını sarıyar, təsəlli verər, ovundurar, analıq edərdi. Heç birini öz övladından ayırmırdı. Bu fədakar qadın çoxlarına bir örnək, bir nümunə idi.

Kəlbəcər işğal olundu. Zərifə də Bakıya gəldi. Amma keçirdiyi həyəcanlar, streslər, ağrılar, acılar öz işini görmüşdü. Başında şiş əmələ gəlmişdi. Onu ən yaxşı həkimlərə göstərdik. Cərrahi əməliyyat keçirdi. Bir qədər yaxşılaşsa da uzun sürmədi. Şəhid oldu.

Bəli! ŞƏHİD oldu!

İnqilab həm də anasız qaldı. Onu bir neçə dəfə uyğun işə düzəldə bildik. Amma o ağır illərin  ağırlığı çiyinlərimizi əydi. Dözmədi. Özünə bir həyat qurmaq ümidi ilə çoxları kimi Rusiyaya getdi. Orada yerlilərimiz, qohumlarımız da vardı. Amma bu ailənin üzləşdiyi əzab-əziyyət onun da yaxasını buraxmadı. Ürəyində cərrahi əməliyyat aparıldı.

Bu yaxınlarda isə…

Onunla çalışan yerlilərimiz Bakıya gətirdilər. İqbal adlı bir dostu əsil fədakarlıq göstərdi. Unutmarıq.

İnqilabı elə Bakıda dəfn elədik.  Dost-tanışlar, həmkarlar sağ olsunlar. Başsağlığı verdilər, qədirbilən Kəlbəcər camaatı yanımızda oldu. Kəlbəcərdən seçilmiş  sabiq millət vəkili Əlövsət Ağalarov, həkim Adil Şükürov, eloğlumuz Xəqani Kazımov da…

Amma o ailənin, o şəhid qadının fədakarlığını bilən vəzifə sabilərimz yada salmadılar. Yenə sağ olsunlar. Əlbəttə:

 

Yarımız vaylarda donub qalmışıq,
Yarımız toylarda süzürük, ey dost.

 

Mən də belə düşünürəm. Yəqin toyda olublar. Yoxsa ya o ailənin, ya da elə bizim xətrimizə telefonla da olsa başsağlığı verərdilər.

Qınamıram! Heç incimirəm də!

Amma bir sözü  xatırlatmaqdan da vaz keçə bilmərəm:

- Heç kim unudulmayacaq,

Heç nə yaddan çıxmayacaq!

 

Kimisə unutmaq olar, cənablar, bəylər, yoldaşlar! Amma… heç nəyin yaddan çıxmayacağını yadınıza salıram!

Dünyasını dəyişən İnqilab Nağıyev, yaralı əsgərlərə, ŞƏHİD əsgərlərə analıq edən ŞƏHİD bir qadının övladı, bir ailənin yeganə nişanəsi idi..

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56