16 Noyabr 2018, 14:50 | Ana Səhifə - Yazılar - Zombilər
Zombilər

Hidayət Elvüsal 

 

Hə də, zombi. Yəni dünyasını dəyişir, sonra xortlayır, təzədən cumur üstümüzə ki, bizi qanbağır eləsin.

İndi iraq olsun o xortlayan xoxanlardan, bizim bu özəl TV-lərdə əsl zombi havası yaşanır. İllər öncə dünyasını… qayəsini, sənətini, məsləkini dəyişəni birdən yenə ekranda görürük və:

- Bismillah! - deməyə macal tapana kimi tər dabanımızdan çızır, - həə, dur vallah! Özüdür! Bir az sir-sifəti dəyişib, bir az da saçının rəngi. Baxışı həmindir. Mövzu da həminkidir, jestləri də həminkidir, düşüncəsi, hər şeyi həminkidir. Yəni bir zombidir.

Baxın dəə… İllər boyu ekranda eyni adamları görürsünüz, yəni telezombiləri. Əvvəl artist kimi gəlirlər. Sonra mahnı oxuyurlar. Sonra şeir yazırlar. Sonra aparıcılıq eləyirlər. Yəni hər dəfə dünyalarını, ideyaların dəyişib, başqa bir sifətdə dikilirlər gözümüzün qabağına.

Bu zombilər, məsəlçün dünən “Yarpız” proqramı açırlar, sonra “Nanə”, sonra “Nənə”, sonra “İanə”, daha sonra “Mənə nə” və “Sənə nə”.

Ya da əvvəl haradasa diktor olurlar. Sonra başqa TV-də aparıcı olurlar. Sonra ağız-burunlarını yondurub aktrisalıq eləyirlər. Birdən şpaqat açırlar. Qılçaları 180 dərəcə aralanır və geridə qalmış arvadlar ona “qara” verib:

- Kül sənin ərinin başına! - deyirlər, heç veclərinə də almırlar. Çünki artıq zombi olublar. Hiss yox, həyəcan yox, abır-həya, mənlik, sənlik yox. Ta ki, ekran olsun.

O veteran aparıcılar da yağır elədilər millətin gözünü. Yenə qayıdıb doluşublar ekranlara. O ekrandan bu ekrana, bu ekrandan o ekrana. Zombi! Əsl zombi! Sanki ölməz Kaşşeydilər. Yox! Onlar ölmür, sağlıq arzulayırıq. Sadəcə daha əl çəksinlər bu millətin yaxasından. Bir yazı, bir kitab, ya nəsə başqa bir işlə məşğul olsunlar. Ekranları gənclərə versinlər.

Yox! Sayqa, Zülya, Tolik, Qita, Brendləri demirəm. Daha düşüncəli, savadlı, şoudan bir xeyli aralı, savadlı, səliqəli gənclərə. Məsəlçün jurnalistlərə. Axı, onlar aktyorlardır, artistlərdir, müğənnilərdir. TV-lərin bütün proqramlarını işğal edən zombilərdir. Axı, televiziya teatr deyil, kino deyil, yalnız şou deyil, ən əvvəl informasiya mənbəyidir. Jurnalistikadır. Televiziya ekranı aparıcının şpaqat açması üçün uyğun məkan deyil. Saçyoldu məhəlləsi deyil ki, oxuyan arvadlar hər gün millətə dava-dalaş sırıyırlar. Yəni bura zombixana deyil. Televiziyadır: Naftalin qoxusu verən istedadsız güruhun gic-gic şeir, mahnı oxumaq ünvanı deyil.

Buna bax e! Yenə başlayıblar. Həmin aparıcılar, həmin müğənnilər, həmin… zombilər.

Bismillah!

Siz də bismillah deyin! Zombilərin nə edəcəkləri bilinməz…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55 Number One... - Maradona 26 Noyabr 2020, 11:50 Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir 26 Noyabr 2020, 11:45 Səfirdən Fransa Senatının Qarabağla bağlı qərarına REAKSİYA 26 Noyabr 2020, 11:43 Kəlbəcərin səhiyyə statistikası açıqlanıb 26 Noyabr 2020, 11:37 Türkiyə XİN-i Fransaya ETİRAZ etdi 26 Noyabr 2020, 11:37 Etirazçılar Ermənistan parlamentin qarşısına toplaşdılar 26 Noyabr 2020, 11:33 Paşinyan xalqdan 2021-ci ilə qədər VAXT İSTƏDİ 26 Noyabr 2020, 11:30 Milli Məclisdə Fransaya görə komissiya YARADILIR 26 Noyabr 2020, 11:27 Azay Quliyev: Parisdəki səfirimiz geri çağrılmalıdır! 26 Noyabr 2020, 11:23 Sahibə Qafarovadan Fransa Senatına ETİRAZ 26 Noyabr 2020, 11:18 Əfv, yoxsa amnistiya... - Komissiya üzvündən AÇIQLAMA 26 Noyabr 2020, 11:15 İdman zalında satışı qadağan olunan dərmanlar aşkarlandı 26 Noyabr 2020, 11:10 Laçın azad olunacaq - Spikerdən AÇIQLAMA 26 Noyabr 2020, 11:05 Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu 26 Noyabr 2020, 11:00 Baş konsul: “Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz” 26 Noyabr 2020, 10:58 Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək 26 Noyabr 2020, 10:52 Yaşayış yerini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi AÇILDI 26 Noyabr 2020, 10:46 Milli Məclis bu gün Bəyanat verəcək - YENİLƏNİB 26 Noyabr 2020, 10:40
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?